Keçid linkləri

2024, 23 May, Cümə axşamı, Bakı vaxtı 08:22

Medvedevin təklifinə Bakının cavabını Məmmədyarov çatdıracaq


Rusiya prezidenti Dmitri MRusiya prezidenti Dmitri Medvedev (solda) Bakıda səfərdə olarkən həmkarı İlham Əliyevlə sənədlərin imzalanma mərasimində, 3 sentyabr 2010
Rusiya prezidenti Dmitri MRusiya prezidenti Dmitri Medvedev (solda) Bakıda səfərdə olarkən həmkarı İlham Əliyevlə sənədlərin imzalanma mərasimində, 3 sentyabr 2010

Bakının Rusiya prezidenti Dmitri Medvedevin Qarabağ münaqişəsinin həllinə dair təklifinə cavabını Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov Moskvaya səfərində çatdıracaq.

Bunu jurnalistlərə ATƏT-in Minsk Qrupunun rusiyalı həmsədri İqor Popov deyib:

«Biz rəsmi Bakının prezident Medvedevin təklifinə cavabını Azərbaycan XİN rəhbərinin çatdıracağını gözləyirik».

Rusiyanın Xarici İşlər naziri S. Lavrov iyunun 7-də və 8-də Azərbaycan və Ermənistanın prezidentlərinə çatdırıb. Rəsmi Bakı hazırda həmin məktubda yer alan təklifləri öyrənir. Bu barədə jurnalistlərə bir müddət əvvəl Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov deyib:

«Biz prezident Medvedevin təklifini diqqətlə öyrənirik və onunla tam tanış olduqdan sonra öz cavabımızı təqdim edəcəyik».

E. Məmmədyarov iyulun 17-18-də Moskvaya rəsmi səfər edəcək.

Ermənistan da Rusiya prezidentinə yaxın vaxtlarda cavab verəcəyini bildirib. Hələlik Mededevin təkliflərinin mahiyyəti haqqında məlumat verilmir.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG