Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 20:08

Azərbyacanda yaşayan yüzlərlə insan seçim qaşısındadır, ya Azərbaycan vətədaşlığını qəbul etmək, ya da evlərini tərk etməlidirlər.

Uzun sürən danışıqlardan sonra ötən ilin sentyabr ayında Rusiya və Azərbaycan şimal sərhədindəki iki kəndlə bağlı müzakirələrə nöqtə qoyub, Rusiya Xraxoba və Üryanoba kəndləri ilə bağlı iddialarından əl çəkib.

KİSƏDƏ BURA TORPAQ DAŞINMAYIB

Hər iki kəndin sakinləri Rusiya vətəndaşı olmaqla yanaşı, yaşadıqları ərazini də Rusiya torpaqları hesab edirlər. Hərçənd bu rəsmi Bakının mövqeyindən fərqlidir.
Bir neçə il öncə kənddən reportaj hazırlayarkən Xraxoba və Üryanoba kəndlərinin bəzi sakinləri AzadlıqRadiosuna Rusiyanın vətəndaşı olmaqla çox hüquqlardan istifadə etdiklərini demişdilər:

- Bu torpaq Rusiyanındır. Axı bura Azərbaycanın ərazisi deyil, Rusiyanın, Çar Rusiyasının torpağı olub.

- Burda yaşayanlar deyirlər ki, kim qalmaq istəyir heç, kim qalmaq istəmir hökumət onlara pul versin, çıxıb-getsinlər vətənlərinə.

- Bu torpaq əzəli Azərbaycan torpağıdır, ola bilər nə vaxtsa hansısa dörvrdə verilib, mən lap yaxşı bilirəm ki, nə Axtıdan, nə də Məhərrəm kəndə tabe olan Xraxobaya torbada, kisədə bura torpaq daşınmayıb. Torpaq burdadır.

Bakıda bildirilir ki, 1954-cü ildə Azərbaycan bu kəndləri otlaq üçün Dağıstana icarəyə verib. Digər tərəfdən, bu kəndlərdən biri Xaçmaz rayon mərkəzindən təxminən 1-2, digərisə 7-8 km aralı olduğu halda, hər iki kəndi Rusiya sərhədlərindən ayıran məsafə 70-80 km-dən çoxdur.

Xarici İşlər nazirliyinin mətbuat katibi Elxan Poluxov bildirib ki, artıq Rusiya ilə sərhəd məsələsi həll olunub və gündəlikdə dayanan məsələ əhalinin sənədləşdirilməsidir:

Elxan Poluxov
«Burda artıq sərhədlər müəyyənləşib, buranın heç vaxt Azərbaycan ərazisi olub-olmaması sualı heç vaxt durmamışdı. Biz artıq Rusiya ilə sərhədlərin delimitasiya və demorkasiyasını tamamlamışıq. Bu proses XİN-nin səlahiyyələtri çərçivəsində həyata keçirilib. O ki qaldı Azərbaycan ərazisində kənd sakinlərinin hansı ölkənin vətəndaşlığını seçib-seçməməyə bununla Miqrasiya xidməti məşğuldur».

XRAXOBA VƏ ÜRYANOBA KƏNDLİLƏRİNƏ TƏKLİF?

Azərbaycan Xraxoba və Üryanoba kəndlilərinə bir neçə seçim imkanı təklif edib. Rusiya vətəndaşlığını saxlamaq, onlara Azərbaycanda müvəqqəti və ya daimi yaşayan əcnəbi statusu vermək. Digər seçimlər Azərbaycan vətəndaşlığı üçün müraciət etmək ya da Rusiyaya miqrasiyadır.

Bir müddət əvvəl Dövlət miqrasiya Xidmətinin rəisi Arzu Rəhimov bildirib ki,
Xaçmazın Xraxoba kəndinin sakinləri öz statuslarını müəyyənləşdirməlidirlər. Onlar Azərbaycanda yaşamaq istəyirlərsə, öz yaşamalarını leqallaşdırmalı, ya da ölkə ərazisini tərk etməlidirlər.

AZƏRBAYCANDAN KOMPENSASİYA TƏLƏB ETMƏK ARZUDUR

Xidmət rəhbəri yerli sakinlərə hüquqlarının bir neçə dəfə izah edildiyini də bildirib:

Dağıstanda isə Azərbaycan vətəndaşlığını qəbul etməyib ölkədən gedəcək kənd sakinlərinə kompensasiya veriləcəyinə dair fikirlər var. Dağıstan prezidenti Maqomedsalam Maqüomedov may ayında parlamentdə çıxış edəkrən Azərbaycanın kəndlilərə kompensasiya təklif etdiyini desə də məbləğini açıqlamayıb.

Əlövsət Əliyev
Bu və digər sənədləşmə məsələləri ilə bağlı suallarımızı səlahiyyətli orqan olan Dövlət Miqrasiya Xidmətinə ünvanlamaq istəsək də, xidmətin mətbuat xidmətindən ancaq yazılı müraciət edildikdən sonra cavablaya biləcəklərini bildirdilər.

Miqrantlara hüquqi yardım mərkəzinin sədri Əlövsət Əliyev isə hesab edir ki, Azərbaycandan kompensasiya tələb etmək arzudur:

«Azərbaycan respublikası onları çıxarmır, dövlət miqrasiya xidməti onların qanuni əsaslarla Azərbaycan respublikasının ərazisində yaşamağı tövsiyə edir. Əgər o, Azərbaycan qanunlarına əməl etmirsə, onda təbii ki, Azərbaycanın hüdudlarını tərk etməlidir. Kompensasiya tələb etmək hüququ var, ancaq hesab edirəm ki, bu arzudur. Azərbaycan qanunlarına görə, etnik mənşəyindən asılı olmayaraq hər bir kəs onlara əməl etməlidir».

Hələliksə bu müddətdə Azərbaycan vətəndaşlığı üçün az bir qisim dağıstanlının müraciət etdiyi bildirilir.

HƏMÇİNİN OXU:

«Rusiya Xraxoba və Üryanoba ilə bağlı məsələdən kənarda qala bilməz»

Şərhləri göstər

XS
SM
MD
LG