Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 08:34

«Rusiya Xraxoba və Üryanoba ilə bağlı məsələdən kənarda qala bilməz»


«Hər iki tərəf insanlara zərər verəcək qəti tədbirlər görmək niyyətində deyil»

«Hər iki tərəf insanlara zərər verəcək qəti tədbirlər görmək niyyətində deyil»

«Rusiya Xaçmazın Xraxoba və Üryanoba kəndləri ilə bağlı məsələdən kənarda qala bilməz». Bunu Rusiyanın Bakıdakı səfiri Vasili İstratov iyulun 8-də keçirdiyi mətbuat konfransında bəyan edib.


Hər iki kənd Azərbaycana məxsusdur. Sovet dövründə Azərbaycan bu ərazisini iki dəfə 20 illiyə Dağıstana icarəyə verib. 2004-cü ildə icarə müddəti bitib.


Bakı deyir ki, ərazidə Rusiya vətəndaşlarının məskunlaşması qanunsuzdur və bu problemin həlli Azərbaycanın daxili inzibati məsələsidir.


İstratov isə deyir ki, bu kəndlərdə Rusiya vətəndaşları yaşadıqları üçün ölkəsi bu mövzunu diqqətsiz qoymayacaq.


Amma səfir onu da vurğulayıb ki, mübahisəli kəndlərlə bağlı mövzu hüquqi cəhətdən işlənməyib:


«Bu məsələ öz həllini tələb etsə də, hüquqi baxımdan işlənməyib. Məsələ ilə bağlı bütün danışıqlar hələlik ilkin xarakter daşıyır. Lakin deyə bilərəm ki, hər iki tərəf insanlara zərər verəcək qəti tədbirlər görmək niyyətində deyil».


Bununla yanaşı, İstratov vurğulayıb ki, məsələ Rusiya perezidenti Dmitrii Medvedev keçən həftə Bakıda olduğu zaman müzakirə edilməyib.


Azərbaycan tərəfi Xraxoba və Üryanoba kəndlərinin sakinlərinə vətəndaşlıq verilməsini mümkün sayır. Amma Azərbaycanın Xarici İşlər Nazirliyində deyirlər ki, bunun üçün sakinlər müvafiq orqanlara müraciət etməlidirlər.


Hər iki kənd sakinləri isə belə bir müraciəti çoxdan etdiklərini bildirirlər. Onlar Azərbaycandakı prezident seçkisinə qədər iki ölkə rəhbərliyi arasında məsələnin həll olunacağına ümid edirlər.


Günün bütün mövzuları

XS
SM
MD
LG