Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 18:38

Azərbaycan Əfqanıstana müraciət edib


İL-76
İL-76
Əfqanıstan ərazisində qəzaya uğramış Azərbaycan təyyarəsinin heyət üzvlərinin meyidlərini Kabilə çatdırılmasına yardım üçün, Azərbaycan Əfqanıstan Xarici İşlər Nazirliyinə nota ilə müraciət edib.

«Kabilə meyidlərin çatdırılmasına, sonradan qəza səbəblərini müəyyən etmək üçün yaradılmış Azərbaycan komissiya üzvlərinə verilməsi üçün Azərbaycan rəsmi olaraq Əfqanıstanın Xarici İşlər Nazirliyinə nota ilə müraciət edib»

Bu barədə Trend-ə Azərbaycanın Pakistanda və Əfqanıstandakı səfiri Daşqın Şikarov bildirib.

O qeyd edib ki, sonra meyidlər Bakı çatdırıla bilər.

Səfirin sözlərinə görə, Əfqanıstanda Azərbaycan təyyarəsinin qəzaya uğraması səbəblərini müəyyən etmək üçün bu ölkəyə gedən komissiya üzvləri, mürəkkəb vəziyyət səbəbindən qəza ərazisinə çata bilməyiblər:

«Baxmayaraq koalisiya qüvvələri Azərbaycan Mülki Aviasiya İdarəsi və Silk Way şirkətinin mütəxəssislərindən ibarət qəzanın səbəblərini araşdıran komissiya üzvlərinin müşayiəti üçün 300 əsgər ayırıb. Qəza ərazisində anti-terror əməliyyatları aparıldığına görə, komissiya üzvləri əraziyə gedib çıxa bilməyiblər», səfir bildirib.

Səfirin sözlərinə görə, Pakistan səfirliyinin bir əməkdaşı yerli hakimiyyət orqanları ilə axtarış əməliyyatlarını koordinasiya üçün Kabilə ezam edilib.

Bakı-Baqram marşrutu ilə hərəkət edən və saat 21:26-da (yerli vaxtla) havaya qalxan təyyarənin göyərtəsində Heydər Əliyev beynəlxalq hava limanından qəbul etdiyi 18 ton yük olub.

Yük tutumu 40 ton olan təyyarə 2005-ci ildə istehsal olunub və 2011-ci ilin fevralında tam texniki baxışdan keçib. 2011-ci ilin iyununda o, növbəti texniki baxışdan keçib

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG