Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 06:40

Təyyarə qəzasının səbəblərini araşdıracaq komissiya Əfqanıstandadır


İL-76

İL-76

Azərbaycana məxsus yük təyyarəsinin qəzaya uğrama səbəblərini araşdıracaq komissiya artıq Əfqanıstandadır.

Bu barədə AzadlıqRadiosuna «Silk Way» aviaşirkətinin direktor müavini, komissiyanın üzvü Adil Qasımov məlumat verib:

«Bu səhər saat 5:30 radələrində Azərbaycandan olan komissiya üzvləri artıq Əfqanıstanın Baqram aeroportuna enib. Onlar beynəlxalq koalisiya qüvvələrinin (ISAF) üzvləri ilə birlikdə qəzanın baş verdiyi əraziyə gedəcəklər».

A. Qasımov deyir ki, hadisənin səbəbləri barədə məlumat komissiya üzvləri hadisə yerinə çatdıqdan sonra veriləcək.

Azərbaycanın «Silk Way» şirkətinə məxsus İL -76 yük təyyarəsi iyulun 6-da Bakı vaxtilə saat 02:10-da Əfqanıstanda qəzaya uğrayıb. Müqavilə əsasında NATO üçün hərbi yüklər daşıyan həmin təyyarə Azərbaycandan Kabilin şimalında yerləşən Baqram hərbi bazasına uçurmuş.

Təyyarədə 9 ekipaj üzvü və 18 ton yük olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG