Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 15:43

Dünyanın ən nüfuzlu ədəbi dərgiləri-4: “Ploughshares”


“Ploughshares” - “Kotan dişləri” deməkdir. Bu ad - dərginin yarandığı yerlə bağlıdır.

Jurnalı 1970-ci ildə Amerikanın Masaçusets ştatında “Plough and Stars” (“Kotan və ulduzlar”) adlı irland pabında iki ədəbiyyatsevər yaradıb.

Bunlar Harvard Universitetindən olan gənc fəlsəfə doktoru DeWitt Henry və İrlandiyadan Amerikaya gəlmiş Peter O'Malley idi.

Boston şəhərinin ədəbi mühitində boşluq olduğunu düşünən dostlar ədəbi dərgilərdə çap olunan yazılardan narazı idilər.

Onlar öz yoldaşları ilə birlikdə yeni jurnal açmaq qərarına gəlirlər. ("Kotan dişləri"nin bir mənası da yəqin ədəbiyyatda yeni söz demək, "əkinçi olmaq", bu sahənin "xam torpaqları"nı şumlamaq istəyinin rəmzi idi)

Amma anlayırlar ki, çap üçün materalların seçilməsi məsələsində heç vaxt ortaq məxrəcə gələ bilməyəcəklər.

Buna görə də onlar qərara gəlirlər ki, jurnalın redaktorları rotasiya ilə dəyişilsin, daha dəqiqi dərgini hər dəfə bir redaktor buraxsın.

1971-ci ilin sentyabrında dərginin ilk sayı işıq üzü görəndən bəri “Ploughshares” belə rotasiyalı redaktorluq modelinə sadiqdir.

Bu səbəbdən jurnal çox unikal və daim dəyişən bir “səs”ə malikdir. (Jurnalın saytı ilə tanış ol)

İosif Brodski
Jurnalın redaktorluğuna tanınmış yazarlar, o cümlədən Nobel və Pulitzer mükafatı laureatları dəvət edilir. Jurnalın baş redaktoru onlara müstəqillik verir.

İndiyəcən jurnalda Lee K. Abbott, Joseph Brodsky, Raymond Carver, John Irving, Haruki Murakami və başqa tanınmış yazarların əsərləri çap edilib.

1989-cu ildə “Ploughshares” Emerson Kollecinin nəzdində fəaliyyət göstərməyə başlayıb.

1990-cu ildə jurnal “Wallace” Fondundan böyük qrant alır və onun sürətli inkişafı başlayır.

Dərginin yeni dizaynı yaradılır, redaksiya yeni avadanlıqlarla təchiz edilir və dərgi rəhbərliyi aqressiv marketinq kampaniyasına başlayır.

“Ploughshares” jurnalının Amerikanın ədəbi mühitində böyük nüfuzu var.

Hər il Amerikada “The Best American Short Stories” adlanan və yerli yazarların ən yaxşı hekayələrinin toplandığı antologiya buraxılır.

Son 10 ildə həmin antologiyada ən çox “Ploughshares” jurnalında işıq üzü görmüş hekayələr çap edilib.

Jurnal öz səhifələrində çap edilmiş ən yaxşı hekayə və şeirləri hər il Cohen mükafatı ilə təltif edir.

“Ploughshares” dərgisinin ildə üç sayı nəşr edilir və onun tirajı 6 min nüsxədir.

Bu seriyadan həmçinin oxu
"Paris review" jurnalı
"Granta" dərgisi
"Poetry" jurnalı

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG