Keçid linkləri

2024, 27 Aprel, şənbə, Bakı vaxtı 08:21

Daha iki müxalifətçi məhkəməyə çıxarıldı


Neklyayev 19 dekabrda döyüləndən sonra
Neklyayev 19 dekabrda döyüləndən sonra
Belarusda prezident seçkilərində Lukaşenkoya rəqib olmuş daha iki müxalifətçi bu gün məhkəməyə çıxarılıb.
Onlar dekabrın 19-dakı seçkilərdən sonra küçə nümayişləri ilə ictimai asayişi pozmaqda ittiham olunurlar.
Vladimir Neklyayev və Vitali Rımaşevski günahkar bilinsələr, onları 3 iləcən həbsxana həyatı gözləyir.

MƏHKƏMƏYƏ SƏFİRLƏR GƏLİB

Minskdə başlanan məhkəməyə maraq böyükdür. İclas salonunda yer hamıya çatmadığına görə, məhkəmə binasının qarşısında izdihamdır.

Məhkəməyə Polşa və Litvanın səfirləri gəliblər.
Amerikanın Belarusdakı müvəqqəti səfiri Michael Scanlan da məhkəmə iclasındadır.

Məhkəmə başlanmazdan əvvəl Neklyayev bildirib ki, o, günahsızdır. İğtişaş salmaqda isə o, kənardan kütləyə yeridilən provokatorları, təhrikçiləri günahlandırıb.

Seçkilərdə saxtakarlığa etiraz edilən müxalifət mitinqlərini Belarus hakimiyyəti zorakılıqla dağıtmışdı və 600 etirazçı tutdu.
Öz növbəsində buna etiraz olaraq Avropa Birliyi və ABŞ prezident Lukaşenkonun və Belarusun 100-dən çox rəsmisinin Avropa Birliyi ölkələrinə və ABŞ-a səfərlərinə qadağa qoydu.

SƏRT İTTİHAMLAR YUMŞALDILIB

64 yaşlı Neklyayev Belarusun tanınmış şairidir.
Etiraz nümayişində onu polis vəhşicəsinə döymüşdü.
Huşunu itirən Neklyayevi xəstəxanaya gətirmişdilər. Ancaq dalısı gün xüsusi xidmətlər onu xəstəxanadan oğurladılar.
Həbsxanada bir az qalandan sonra onu ev dustağı etdilər.

Rımaşevski isə bir şərtlə buraxılıb ki, ölkəni tərk etməyəcək.
Rımaşevski məhkəməyə gətirilir


Neklyayev və Rımaşevskiyə qarşı irəli sürülən ilk ittiham daha sərt idi. Onlar kütləvi iğtişaşların təşkilində ittiham olunurdular. Bu ittihamla onlar 15 iləcən həbs cəzası ala bilərdilər.

Ancaq mart ayında Belarus hakimiyyəti müxalifətçilərə qarşı sərt ittihamı yumşaq ittihamla əvəz etdi. Onlar indi yalnız ictimai asayişi pozmaqda ittiham olunurlar. Bunun da maksimal cəzası 3 il həbsdir.

İndiki məhkəmə Belarusda müxalifətçilərə qarşı məhkəmələr dalğasının yalnız davamıdır. Seçkilərdə Lukaşenkodan sonra ən çox səs yığmış müxalifət lideri Andrey Sannikovun məhkəmə prosesi bundan əvvəl başlanıb. Onu 15 il həbs cəzası gözləyir.

Sannikovu da həbs edəndə qəddarcasına döymüşdülər.

Sannikovun həyat yoldaşı İrina Xalip də həbs olunmuşdu. O bir az həbsxanada qalandan sonra indi ev dustağıdır.

İndiyə kimi Belarusda 7 müxalifətçinin məhkəmələri başa çatıb.
Onlara 2 ildən 4 ilə kimi həbs cəzası verilib.
XS
SM
MD
LG