Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 16:54

Qanunsuz ov aşkarlanıb


Ekologiya və Təbii Sərvətlər Nazirliyi «Ovçuluq haqqında» Qanununun tələblərinə əməl olunması vəziyyətini araşdırıb.

Nazirliyin məlumatına görə, «Sarı-su» Ovçuluq Təsərrüfatın sahə müfəttişi Ədalət Mustafayev və mühafizə yegeri Yaqub Abışovun xidməti ərazidə olmamaları və vəzifə borclarını layiqincə icra etməməkləri səbəbindən ərazidə qanunsuz ov etmə faktı aşkar olunub. Qanunsuz ov edən şəxsdən 1 ov tüfəngi və 35 dolu patron götürülərək müvafiq akt və protokol tərtib edilib. Təsərrüfatının sahə müfəttişinə sonuncu xəbərdarlıqla şiddətli töhmət, yegerinə isə töhmət verilib.

Şabran rayonunun inzibati ərazisində yerləşən «Ağzıbir» Ovçuluq Təsərrüfatında keçirilən reyd zamanı təsərrüfatın həyətində qanunsuz ov edilməsi faktı aşkarlanıb. Əraziyə cavabdeh olan sahə müfəttişi tutduğu vəzifədən azad olunub.

Günün bütün mövzuları

XS
SM
MD
LG