Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 06:15

Baməzə sədr


“Kommunist” qəzetinin 1930-cu il sayında M.Ə.Nasir imzalı muxbirin Zəngilanda görülən işlər və zəngilanlı sədr haqqında məqaləsi yer alır.

Cəbrayıl qəzasının uzaq kəndlərində

“Cəbrayıl qəzasının uzaq dairələrindən biridə qəza mərkəzindən 110 verst uzaqda olan Zəngilan dairəsidir. Karyagindən çıxdıqdan iki gün sonra Zəngilana çatdıq. Bu gün dairənin Cahangirbəyli kəndində haqq-hesab yığıncağı çağırılmışdı. Yığıncaqda 270 nəfər iştirak edirdi. Bunlardan 70 nəfəri qadınlar idi. Kənd şura sədri Əli yoldaş məruzədə bulundu.

Əli yoldaşın zatən gördüyü bir iş də yox idi. Çıxışda bulunan kəndlilər sədrin “fəaliyyətini” gözəlcəsinə təsvir etdilər. Kənd şura sədri bu “fəaliyyətdə” olanda dairə sədrinin işlərinin də necə olacağı bəllidir.

Dairə icraiyyə komitəsi sədri Niyaz Əli Kocayof haqqında kəndlilər çox danışdılar. Onlar dedilər ki, Niyaz Əli Kocayof kəndlərə köhnə pristavlar kimi gəlir, o istəyir ki, kəndlilər keçmişdəki kimi yenə də ona səcdə etsinlər. Sədr keçən həftə Tiri kəndinə 7 nəfər çaparı, (milisləri) ilə gəlmişdi. Kəndlilər bunlara lazımı dərəcədə hörmət edə bilmədiklərindən sədr qəzəbə gəlib kəndlilərdən 6 nəfəri tutub dairəyə göndərmişdir.

Sədrin bu “şücaətindən” sonra həbsə alınanların qadınları onun ayaqlarına düşüb ərlərinin təqsirlərindən keçməsini yalvardıqdan sonra dustaqlar yoldan geri qaytarılmışlardır. Sədr çox baməzə adamdır. Dairə icraiyyə komitəsi idarəsinə şikayət üçün gələnləri ələ salıb oynadır və bundan ləzzət alır.

Firqəçi qətl edilib

Haqq-hesab iclaslarında kəndlilər torpaq haqqında çox danışdılar. Kəndlərdə 20 hektarlar ilə artıq torpağı olan kəndlilər də vardır. O cümlədən, Cahangirbəyli kəndində Həsən Qulu Nəcəf Qulu oğlunun normadan artıq 20 hektar torpağı vardır. İndiyə qədər bu torpağı ondan alıb yoxsul kəndlilər arasında paylayan olmamışdır.

Zəngilan dairəsində firqə təşkilatının adı var, özü yoxdur. Tiri kəndində var-yox bir komsomol, bir də fəal firqəçi var idi.

Fəal firqəçi naməlum adamlar tərəfindən qətl edilmişdir. Bu qətlin üstü bu günə qədər açılmamışdır”.

Bu rubrikada çap edilən yazılar sadəcə Azərbaycanda sovet hakimiyyətinin ilk dövrlərindəki həyatı əks etdirir və kimisə ittiham yaxud da təqdir etmək məqsədi daşımır.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG