Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 10:38
«Qəbul deyilən şey yoxdur burda, qəbul o vaxt olar ki, həmin qəbulun nəticəsində ortalıqda hansısa problem həll olunar. Mən iki ildir gəlib-gedirəm. Hamısının qəbulunda olmuşam, bu qəbul deyil, başdan eləməkdir».

Şükür İsmayılovla Bakı Şəhər İcra Hakimiyyətinin qəbul şöbəsinin qapısı ağzında görüşdük. Mən İcra Hakimiyyətinin qəbul otağına qalxanda o, əsəbi halda otağı tərk edirdi. Daha iki müharibə əlili isə qəbul otağında gözləməkdə idilər. Qarabağ müharibəsində sağlamlığını itirən birinci qrup əlil Şükür İsmayılovu iki il sərasər bura gəlməyə məcbur edən səbəb ağır yaşayış şəraitidır.

Dediyinə görə, 11 nəfərlik ailənin yeganə dolanışıq yeri olan ticarət köşkünü Hacıbala Abutalıbov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı olandan sonra yığışdırıblar. Amma uzun çək-çevirdən sonra həmin yerdə obyektin yenidən qurulması hüququnu qazanıb. Sabunçu rayon İcra Hakimiyyəti müraciətinə müsbət cavab verib. Onun iddiasına görə, neçə vaxtdır ki, Bakı Şəhər İcra Hakimiyyəti həmin razılığı təsdiqləmir:

«İNDİCƏ İÇƏRİDƏ DEDİLƏR Kİ, GET BURA GƏLMƏ»

«Baş memarın qəbulunda olmuşam, deyir sənə torpaq düşmür, indi də bir nəfərin qəbulunda oldum, adını da unutmuşam. Mənə dedi ki, bizim yanımıza gəlmə. Mənim əlimdə sərəncam var. Yeni sərəncamdır. İndicə içəridə dedilər ki, get bura gəlmə və elə əlindəki sərəncamla
Bakı Şəhər İcra Hakimiyyətinin qəbul otağı
da tik».

BİZDƏ QƏBUL LAP YÜKSƏK SƏVİYYƏDƏDİR


Bakı Şəhər İcra Hakimiyyətinin qəbul otağının müdiri Tahir Məsimli isə deyilənlərlə razılaşmır:

«Bizdə vətəndaşlar lap yüksək səviyyədə qəbul olunur, heç bir problem yoxdur».

«QƏBULDAN REPORTAJ?...»

Daxili İşlər və İqtisadi İnkişaf nazirliklərinə də müraciət edib, vətəndaşların qəbulu, müraciətlərin daha çox hansı məsələlərlə bağlı olması ilə əlaqədar reportaj hazırlamaq istədiyimi bildirdim. Amma hər iki nazirlikdən mənfi cavab verdilər.

İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən bildirdilər ki, rəhbərliklə müzakirə ediləndən sonra bu barədə nə isə deyə bilərlər. Daxili İşlər Nazirliyində isə müraciətimizdən təəccübləndilər. Nazirliyin İctimaiyyətlə Əlaqələr İdarəsinin rəis müavini Ehsan Zahidov bildirdi ki, onlara birinci dəfədir ki, vətəndaşların qəbulu ilə bağlı reportaj hazırlanması üçün müraciət olunur. O da bu məsələnin rəhbərliyə məruzə olunası bir məsələ olduğunu
Daha iki müharibə əlili isə qəbul otağında gözləməkdə idilər.
dedi.

9 AYLIQ İSTƏYİN 27-Cİ GÜNÜ, O DA...

Birinci qrup əlil Şükür İsmayılovu Bakı Şəhər İcra Hakimiyyətində qəbul edib dinləsələr də, Bakı sakini, təqaüdçü Vahid Qəmbərov 9 aydan çoxdur ki, Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovla görüşə bilmir. Deyir hər ayın 27-si nazirin qəbul günüdür və bu günü səbirsizliklə gözləyib nazirliyə yollansa da, hər dəfə ona nazirin yerində olmadığını bildirirlər:

- Düz doqquz aydır gedirik, nazir qəbul eləmir. Deyirlər burda yoxdur.

- Sizcə bu qəbullar nəyi isə həll edirmi?

- Düzdür, hələ mən nazirin qəbuluna düşə bilməmişəm, amma bu qəbullardan ağlım bir şey kəsmir. Əgər nazir özü qəbul etmirsə, yerdə qalanların qəbul eləməsinin nə xeyri var? Onlar heç bir şey həll eləmir, yalnız nazir həll edir.

MİN QƏBULA DƏYƏN MÜRACİƏTLƏR...

Emil Məmmədov
Hüquq müdafiəçisi Emil Məmmədova görə, nazirliklərin internet səhifələrində qəbulla bağlı səliqəli cədvəllər tərtib olunsa da, bu qəbullar vətəndaşların problemlərini həll eləmir. Hüquq müdafiəçisi bildirir ki, bəlkə elə buna görədir ki, son bir neçə ildir Salyan rayonundan paytaxt Bakıya edilən müraciətlərin çoxu prezidentə və Heydər Əliyev Fonduna ünvanlanır:

«Adamlar hesab edirlər ki, onların Prezident Administrasiyası və Heydər Əliyev Fonduna ünvanladıqları müraciətlərə nazirliklər daha tez reaksiya verir və həmin müraciətlərdə yer alan problemlər daha tez öz həllini tapır».

Prezident İlham Əliyev də ötən il Ukrayna qəzetlərinə müsahibəsində demişdi ki, dövlət orqanlarından şikayətlərinə cavab ala bilməyən insanların son ümid yeri, ünvanı Heydər Əliyev Fondudur: «Onlar Fonda ümidlə üz tuturlar ki, burada onları eşidəcəklər. Belə də olur».

Bakının Yasamal rayonunda yaşayan təqaüdçü Salman kişi isə səslənən iradlara baxmayaraq, yanvarın 12-də güc nazirlərindən birinin qəbuluna yazılacağını deyir. İkinci Dünya müharibəsinin iştirakçısı olan Salman kişi nazirin onu qəbul edəcəyinə çox inanır. İnandığı üçün də nazirə nə deyəcəyini gizli saxlayır. Deyir hər şeyi nazirin özünə deyəcək.

Əlbəttə ki, nazir qəbul eləsə...

Şərhləri göstər

XS
SM
MD
LG