Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 20:06

«Jurnalistlərin dostu» mükafatının təqdimolunma mərasimi


İlham Əliyevə «Jurnalistlərin dostu» mükafatı təqdim olundu
İlham Əliyevə «Jurnalistlərin dostu» mükafatı təqdim olundu
«Çalışacağam ki, Azərbaycanda azad, müstəqil mətbuatın inkişafı üçün fəaliyyətimi davam etdirəm və demokratik islahatların aparılmasında hər zaman fəal olam».

Bunu prezident İlham Əliyev «Jurnalistlərin dostu» mükafatının təqdim olunması mərasimində deyib. Onun dediyinə görə, ölkədə söz və mətbuat azadlığı təmin olunmuşdur.

Dekabrın 29-da «Gülüstan» sarayında prezidenti İlham Əliyevə «Jurnalistlərin dostu» mükafatının təqdim olunması mərasimi keçirilib.

81 FAİZ JURNALİST PREZİDENTİ ÖZÜNƏ DOST SEÇİB

Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirdi ki, «Jurnalistlərin dostu» mükafatı mediaya qayğı göstərən görkəmli dövlət və hökumət xadimlərinə, şəxsiyyətlərə verilir. Sonuncu dəfə bu mükafat keçmiş prezident Heydər Əliyevə təqdim olunub.

Bildirilib ki, «RUH» Azərbaycan Jurnalistləri Müdafiə Komitəsi 2010-cu ildə «Jurnalistlərin dostu» mükafatının qalibinin müəyyənləşdirmək üçün sorğu keçirib. Sorğuda 30 gündəlik, 19 həftəlik qəzet, 2 jurnal, 11 informasiya agentliyi, 13 jurnalist təşkilatı, 8 xəbər portalı, 7 televiziya və 3 radio kanalı, ümumilikdə 93 KİV iştirak edib. İştirakçıların 81 faizi Azərbaycan İlham Əliyevi «Jurnalistlərin dostu» mükafatına ən layiqli namizəd hesab edib.

Əflatun Amaşov qeyd edib ki, bu sorğunun nəticələri prezident İlham Əliyevin mətbuat sahəsində uğurlu siyasətinə, jurnalistlərə və jurnalist təşkilatlarına göstərdiyi diqqət və qayğısına Azərbaycan jurnalistlərinin verdiyi yüksək qiymətdir.

ATA ƏLİYEVİN QAYIDIŞINDAN SONRA...

İlham Əliyev tədbirdə vurğulayıb ki, Azərbaycanda müstəqil, azad mətbuat müstəqilliyin ilk illərində yaransa da, onun sistemli inkişafı Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlməsindən sonra mümkün olub.

«Bu sahədə əsaslı dönüş 1998-ci ildə ulu öndərin mətbuat üzərində senzuranın ləğvi barədə imzaladığı sərəncamla başlamışdır. Hazırda hüquqi dövlət quruculuğunda xüsusi rola malik olan mətbuat və söz azadlığının bərqərar olması üçün ölkədə kompleks tədbirlər davam etdirilir».

«AZƏRBAYCAN İNFORMASİYA MÜHARİBƏSİNİN QALİBİDİR»


«Azərbaycanda azad mətbuatsız hüquqi dövləti təsəvvür etmək mümkün deyildir», - deyən dövlət başçısı mətbuatın inkişafı prosesinin ölkədə uğurla davam etdiyini bildirib.

Ölkədə demokratiyanın inkişafı istiqamətində mətbuat azadlığının böyük rol oynadığını deyən prezident müstəqilliyin 20 ili ərzində Azərbaycanda güclü, müstəqil mətbuatın formalaşdığını da diqqətə çatdırıb.

Prezidentin fikrincə, hazırda Azərbaycan informasiya müharibəsi şəraitində yaşayır, dünyadakı erməni lobbisi ölkəyə qarşı informasiya müharibəsi aparır. O hesab edir ki, bu mübarizədə Azərbaycan qalib gəlib: «Biz hücum diplomatiyası aparırıq».

Prezident deyib ki, gələcəkdə də media işçilərinin sosial problemlərinin həlli istiqamətində mühüm addımların atılacaq, indiyədək görülən işlər davam etdiriləcək. /AzərTAc/

Azərbaycan ictimaiyyətində prezident İlham Əliyevin jurnalistlərin dostu elan olunması birmənalı qarşılanmır. Prezident bu mükafata layiq görüləndən sonra Müsavat Partiyası başqanı İsa Qəmbər bir müddət əvvəl aldığı bu mükafatdan imtina edib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG