Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 14:12
Bu yaxınlarda parlamentin sosial siyasət komissiyasının sədri Hadı Rəcəbli AzadlıqRadiosunun “İşdən sonra” verilişində olarkən Gədəbəydən olan dinləyici Səyyaf Musayev ismarış yollamışdı ki, 900 min iş yerindən heç olmasa birini onun ailəsinin 5 işsiz üzvündən birinə versinlər. Növbəti gün Səyyaf Musayev “İşdən sonra”yla əlaqə saxlayıb dedi ki, verilişdən sonra Hadı Rəcəbli ona zəng edib. Aralarında nə söhbət olub, dinləyicimizdən eşidək:

“HADI RƏCƏBLİ DEDİ, GET QAZAXISTANDA İŞ AXTAR”

“Hadı Rəcəbli söz verdiyi kimi verilişdən sonra mənə zəng elədi, 15 dəqiqə söhbətimiz oldu. Dedi ki, belə məsələlərlə bağlı AzadlıqRadiosuna çıxmaq lazım deyil, Mən ona problemlərdən danışdım, onu faktlar qarşısında qoydum. Suallara cavab verə bilmədi, sonra da dedi ki, Rusiyaya, Qazaxıstana get, oralarda iş axtar, orda vətəndaşlarımız işləyir. Söhbət bununla bitdi. Ertəsi gün icra nümayəndəliyindən zəng elədilər ki, səni İcra hakimiyyətinə çağırırlar. Getdim İcra Hakimiyyətinə, orda da mənə suallar davam etdi ki, bu hakimiyyətdən niyə narazısınız. Mən yenə də həmin məsələləri bildirdim ki, hakimiyyət özbaşınalıq edir, rüşvət, korrupsiya baş alıb gedir. Hətta bir süpürgəçi işinə düzəlmək üçün 1000 manat rüşvət istəyirlər. Kənddə qohumlarım çoxdur, hamısı da işsizdir. Dedilər ki, bir şirkət var, rəhbərindən xahiş edərik, mümkün olsa səni o şirkətdə işə götürsün. Ancaq konkret heç bir iş təklif etmədilər”.
Hadı Rəcəbli

“MƏNİM GÜNAHIM VAR Kİ, İCRA BAŞÇISI ONA BAŞQA SÖZ DEYİB?”

Millət vəkili Hadı Rəcəbli isə məsələ ilə bağlı bunları dedi: “İcra başçısı ilə danışmışam, onun iş məsələsini müəyyənləşdirmişəm. Telefonda bilmirsən axı kiminlə danışırsan. Efirə çıxıb, tanımırsan axı bu kimdir. Mən bunun mahiyyətinə getmişəm, öyrənmişəm ki, neçə il Qazaxıstanda işləyib, sonra gəlib bura. Bakıda bir idarəyə müraciət edib, hansı ki, deyir guya rüşvət istəyiblər ondan. Hamısını aydınlaşdırdım, məlum oldu ki, bu adam haqlı deyil. Birincisi, mən ona zəng eləmişəm, 15 dəqiqə telefonla danışmışam, bu, özü böyük hörmətdir. Mən onu saymaya da bilərdim. Bu adam dolaşıq, narahat adamdır, bir sözlə, işləyən adam deyil. Mənim günahım var ki, icra başçısı ona başqa söz deyib? Mən neyləməliyəm, zəng etmişəm, tapşırmışam”.

BU DA NƏTİCƏ

Gədəbəy rayon İcra Hakimiyyətinin qəbul otağından dedilər ki, Səyyaf Musayev İcra Hakimiyyətində olub və onun ailəsinin işsizlik problemi dinlənilib. İcra Hakimiyyəti Musayevlər ailəsinin işlə təmin olunmasına çalışır. Ancaq hələlik ailənin işsiz üzvlərinə iş tapılmayıb.

Nəticə isə budur ki, 900 min iş yeri açıldığı iddia olunan ölkədə yaşayan Səyyaf Musayev işsizliyini bütün dünyaya da bəyan etdi, gəl ki, hələ də işsizdir.

DİNLƏYİN:

Siz də şikayətinizi buradan göndərə bilərsiz

ƏLAQƏ ÜÇÜN

nömrəmiz (+420) 778 711 700

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

Şərhləri göstər

XS
SM
MD
LG