Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 20:31

Bakı Tbilisi ilə ərazi mübadiləsi aparmadığını bildirir


Bakı Tbilisi ilə Azərbaycan-Gürcüstan sərhədlərinin demarkasiyası və delimitasiyası üzrə danışıqlar çərçivəsində mübahisəli ərazilərin mübadiləsi məsələsini müzakirə etmir. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Elxan Poluxov ANSPRESS-ə Gürcüstan xarici işlər nazirinin müavini Nino Kalandadzenin sözlərini şərh edərkən bildirib.

E. Poluxov deyib ki, iki ölkə arasında sərhədin dəqiqləşdirilməsi istiqamətində müzakirələr davam edir. Amma Azərbaycan sərhədinin Keşişçi Dağı (Gürcüstanda David Qareci monastırı adlandırlır) hissəsində ərazilərin mübadiləsi məsələsi danışıqlar mövzusu deyil.

Bugünlər Nino Kalandadze bildirib ki, sərhədlərin delimitasiyası çərçivəsində həmin monastırla bağlı Azərbaycana güzəştə getməyəcək. Onun sözlərinə görə, həmin monastır kompleksi əvəzinə Azərbaycana başqa ərazinin təklif edilməsi sərhədlərin delimitasiyası komissiyası çərçivəsində həll olunmalıdır.

Bir neçə gün əvvəl Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov bəyan edib ki, Azərbaycan Gürcüstanla sərhəddəki tarixi abidələr, xüsusilə də Keşişçi Dağı rayonunda Gürcüstan vətəndaşlarının David Qareci adlandırdığı qədim Alban kilsəsinə iddiaları müzakirə etmir: “Biz tolerant dövlətik və Gürcüstan vətəndaşları sərbəst şəkildə kilsəyə baş çəkə, burada dini ayinlər keçirə bilərlər”, - deyə dövlət komitəsinin başçısı vurğulayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG