Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 04:08

Ekologiya Nazirliyi restoran heyvanlarını azad etdi


Şamaxı rayonu və Pirşağı qəsəbəsində restoranlarda müştəriləri əyləndirmək üçün saxlanan iki ayını Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları götürüblər. Nazirliyin noyabrın 8-də yaydığı məlumata görə onlar Sumqayıtdakı restoranlardan da bir qartal, üç muymul quşu müsadirə edilib. Nazirlik bu heyvanları özünün Vəhşi Təbiətin Bərpası Mərkəzi və Reabilitasiya Klinikasında yenidən açıq təbiətə öyrədib sonra azad edəcəyini bildirir.

Həmçinin Bakıda Hövsan qəsəbəsindəki restoranlardan bir dələ, iki canavarı da tutub həmin klinikaya verilib.

Nazirlik bütün hallarda qanunu pozmuş şəxslər inzibati məsuliyyətə cəlb edilərək cərimə olunduğunu bildirir.

Bu yaxınlarda Azərbaycanda restoranlarda saxlanan bir ayının sonradan acından ölməsi barədə video Britaniya qəzetlərində yayılmışdı. AzadliqRadiosunun müxbiri də Şamaxı rayonunda restoranda əyləncə üçün saxlanan bir ayını çəkmişdi. Nazirlik indi həmin ayının da restoranın əlindən alındığını bildirir.

Günün bütün mövzuları

XS
SM
MD
LG