Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 08:28

Fətullayev aclığı dayandırmayacaq


«Eynulla Fətullayev aclıq aksiyasını dayandırmaq niyyətində deyil. O, nəticə gözləyir».

Bunu AzadlıqRadiosuna həbsdəki jurnalistin atası Emin Fətullayev deyib. O, oktyabrın 26-da Bakı İstintaq Təcridxanasında saxlanan oğluna baş çəkib.

Emin Fətullayevin bildirib ki, oğlunun səhhətində hələ ki, problem yoxdur və həkimlər ara-bir təzyiqini ölçərək onu nəzarətdə saxlayıblar:

«Eynulla ona dəstək olan jurnalistlərə təşəkkürünü bildirir, ancaq aclığı hələ ki, dayandırmaq istəmir».

Oktyabrın 19-dan jurnalist Eynulla Fətullayev Avropa İnsan Hüquqları Məhkəməsinin aprelin 22-də çıxardığı qərarın icra olunması tələbi ilə Bakı İstintaq Təcridxanasında aclıq aksiyasına başlayıb. Həmin qərar Eynulla Fətullayevin azadlığa buraxılmasını və ona 28 min avroya yaxın təzminat ödənməsini nəzərdə tutur.

Oktyabrın 20-dən isə jurnalistlər Eynulla Fətullayevə dəstək olmaq üçün aclıq aksiyasına başlayıblar.

Jurnalist Eynulla Fətullayev 2007-ci ildə 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Beynəlxalq təşkilatlar bu hadisəni pisləyib və dəfələrlə Azərbaycan rəhbərliyini jurnalisti azad etməyə çağırıblar.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG