Keçid linkləri

2024, 18 May, şənbə, Bakı vaxtı 13:45

Korrupsiyada Azərbaycanın yeri - 134


Azərbaycan korrupsiya qavrama indeksinə görə, 178 ölkə arasında 134-cüdür.

«Transparency International» təşkilatı 2010-cu ilin korrupsiya qavrama indeksini açıqlayıb, Azərbaycan 178 ölkə arasında 134-dür. Azərbaycanla Ukraynada bu indeks eynidir.

Gürcüstan 68, Ermənistan 123, Rusiya 154, İran 146, Türkiyə 56, Qazaxıstan 105-ci yerdə qərarlaşıblar.

Bu il Azərbaycanın göstəricisi ötən illə müqayisədə irəliləyib.

Bu ilki irəliləyişin əsas səbəbi kimi ölkədə maliyyə-nəzarət idarələrinin uğurla təşkil edilməsi, eyni zamanda dövlət idarəçiliyi və bələdiyyə mülklərinin idarə olunmasında korrupsiya ilə əlaqədar əməkdaşlığın və koordinasiyanın gücləndirilməsini göstərirlər.

İndeksdəki göstəricinin bir qədər yaxşılaşmasına təsir edən faktorlardan biri də vətəndaşların korrupsiya ilə mübarizədə daha fəal iştirak etməsidir deyə hesabatda qeyd olunur.
Korrupsiya qavrama indeksinə görə ən yaxşı vəziyyət Danimarka, Yeni Zelandiya, Sinqapurdadır. Ən pis vəziyyət isə Əfqanıstan, Myanma və Somalidədir.

Korrupsiya qavrama indeksi dövlət qulluqçuları və siyasətçilər arasında mövcud olan korrupsiya haqqında təsəvvürlərin dərəcəsindən asılı olaraq dövlətlərin sıralanmasını müəyyən edir. O, ekspertlər və biznes dairələri arasında aparılan sorğular əsasında tərtib olunur.

DAHA ƏTRAFLI "KORRUPSİOMETR" SAYTINDA OXUYUN.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG