Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 04:25

«Azadlıq» qəzetinə haker hücumu


«Azadlıq» qəzetinin internet səhifəsinə haker hücumu olub. Bu barədə AzadlıqRadiosuna saytın veb-redaktoru Alı Rza məlumat verib. Onun bildirdiyinə görə, oktyabrın 12-dən 13-nə keçən gecə sayt güclü haker hücumuna məruz qalıb:

«Əvvəllər də belə hücumlar olurdu. Sayta guya eyni vaxtda çoxlu sayda istifadəçi girirdi, server yükləndiyindən məcbur olurdu sayta girişi müvəqqəti olaraq bağlasın. Ancaq bu dəfə çox güclü hücum olub, mahiyyəti odur ki, saytı düzəltdikcə dağılır. Hücum üzərimizə yönəlik avtomatik təkrarlanma rejimində qurulduğundan bərpa olunduqca yenə vurub dağıdır».

Qəzet rəsmisi bildirib ki, hazırda problemin aradan qaldırılması istiqamətində işlər aparılır.

Bir neçə gün əvvəl isə «Eqreb.com» satirik saytına adi qaydada giriş əngəllənib.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG