Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 02:35

Seçkiqabağı şəxsiyyət vəsiqələri niyə yığılır?


Seçki şikayətləri gəlməkdə davam edir
Seçki şikayətləri gəlməkdə davam edir
Qazax rayonunda əhalidən şəxsiyyət vəsiqələri yığılır. Bu barədə AzadlıqRadiosuna Klassik Azərbaycan Xalq Cəbhəsi Partiyasının (KAXCP) Qazax rayon şöbəsinin sədri Xaləddin Abdalov məlumat verib. Onun dediyinə görə, bu işi sahə müvəkkilləri ilə icra nümayəndələri həyata keçirirlər. O, vəsiqələrin yığılmasını seçki ilə əlaqələndirir:

“Misal üçün rayonun Cəfərli kəndində adamlara deyiblər ki, 15 günə sizə yeni vəsiqələr veriləcək. Bundan başqa, rayondakı Bakı küçəsində 70-100 arası evdən vəsiqələri sahə müvəkkili yığıb aparıb ki, yeniləri veriləcək”.

“BU BİZƏ İMZA TOPLAMAQDA ÇƏTİNLİK YARADIR”


Xaləddin Abdalov deyir ki, bu da onların partiyasından olan namizədlərə imza toplamaqda xeyli problemlər yaradır:

“Gedirik imza toplamağa deyirlər, vəsiqəmizi dəyişdirmək üçün yığıblar, ona görə də imza toplamaqda bu bizə maneə yaradır”.

BELƏ ŞEY OLMAZ ?

Qazax rayon İcra Hakimiyyətindən isə deyilənləri təkzib edirlər. İcra başçısının müavini Tahir Musayev rayonda adamlardan şəxsiyyət vəsiqəsinin yığılması barədə məlumatı birinci dəfə bizdən eşitdiyini bildirdi. Onun sözlərinə görə, əgər rayonda belə bir hadisə olsaydı, icra hakimiyyəti bundan xəbərdar olardı:

Daxili İşlər Nazirliyinin binası
“Bizdə belə bir hala heç təsadüf olunmayıb. Belə bir hal olsaydı, bizə kimsə müraciət edərdi. Yox, yox bizdə elə bir hadisə qeydə alınmayıb”.

DİN: “SÖHBƏT İSTİFADƏ MÜDDƏTİ ÖTMÜŞ VƏSİQƏLƏRİN DƏYİŞDİRİLMƏSİNDƏN GEDİR”

Daxili İşlər Nazirliyində (DİN) isə hesab edirlər ki, adamlardan vəsiqələrin kütləvi şəkildə yığılmasından söhbət gedə bilməz və kütləvi yığımla bağlı məlumatlar yalandır. Bu yalnız indiyə qədər səsvermə hüququ çatmış vətəndaşlara vəsiqələrin verilməsi və vaxtı ötmüş vəsiqələrin seçkiyə qədər yeniləri ilə əvəzlənməsi ilə bağlıdır.

DIN-in mətbuat xidmətinin əməkdaşı Orxan Mansurzadənin AzadlıqRadiosuna dediyinə görə, nazirliyin hazırladığı tədbirlər planına uyğun olaraq seçki gününə kimi bütün səsvermə hüququ olan vətəndaşlar şəxsiyyət vəsiqəsi ilə təmin olunmalıdır.

SEÇKİ SAXTAKARLIQLARI ÜÇÜN?


Hafiz Həsənov
“Hüquq və İnkişaf” İctimai Birliyinin rəhbəri Hafiz Həsənov isə vətəndaşlardan şəxsiyyət vəsiqələrinin qanuni əsas olmadan kütləvi şəkildə yığılmasının düzgün olmadığını deyir. O, ehtimal edir ki, vəsiqələrin belə bir formada yığılması seçki saxtakarlığına hazırlıqdır. Birlik rəhbəri digər bir ehtimal da irəli sürür. Deyir ki, ola bilər yığılan şəxsiyyət vəsiqələrindəki göstəricilərdən hakimiyyət nümayəndəsinin xeyrinə imzaların toplanmasında istifadə olunsun:

“Bütün hallarda bu fəaliyyət, bu hərəkət qanunsuzdur və bunun seçki saxtalaşdırılması üçün istifadə edilməsi ehtimalı daha böyükdür. Əgər bunu vəzifəli şəxslər edirsə, artıq bu seçkilərə müdaxilədir. Bu, Cinayət Məcəlləsi üzrə müəyyən məsuliyyət yaradan məsələlərdir”.

Hafiz Həsənov deyir ki, onlar bu məsələni araşdıracaqlar. Əgər faktlar təsdiqini tapsa, onlar bununla bağlı Mərkəzi Seçki Komissiyasına və prokurorluq orqanlarına müraciət edəcəklər.
Üstəlik, bu vəziyyət təkcə Qazax rayonu ilə bağlı deyil. AzadlıqRadiosuna Samux rayonundan da oxşar şikayətlər gəlib.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG