Keçid linkləri

2024, 23 May, Cümə axşamı, Bakı vaxtı 08:53

Fətullayevin məhkəməsi təxirə düşdü


Eynulla Fətullayevin apelyasiya şikayəti sentyabrın 7-i saat 11.00-dək təxirə salınıb.

Sentyabrın 2-də proses başlayan kimi jurnalist vəsatət qaldıraraq Qaradağ rayon məhkəməsinin 16 məhkəməsinin yalnız 10-un protokolları ilə tanış olduğunu, müəyyən qeydlər apara bildiyini deyib. Digər 6 iclasla bağlı protokolları oxumağa isə vaxtı çatmayıb.

E. Fətullayev hakimdən protokollarla tanış olmaq üçün vaxt istəyib.

Dövlət ittihamçısı məsələnin əleyhinə çıxıb, verilən vaxtın kifayət qədər olduğunu deyib.

Bugünkü prosesdə həm də məlum olub ki, Qaradağ rayon məhkəməsinin protokolları əvvəlcə deyildiyi kimi 30 səhifədən ibarət deyil. Vəkil bildirib ki, bu informasiya səhv gedib, əslində protokollar 346 səhifədir və onları 3-4 gün ərzində oxuyub, qeydlər aparmaq mümkün deyil.

Müşavirədən sonra hakim Eynulla Fətullayevin protokollarla tanış olması üçün əlavə vaxt verilməsi ilə bağlı vəsatətini təmin edib.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG