Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:15
«BORUSSIYA» «QARABAĞ»I ASAN RƏQIB SAYMIR

Almaniyanın «Borussiya»Dortmund klubu Ağdamın «Qarabağ» komandasıyla oyunu həyəcanla gözləyir. Komandanın baş məşqçisi Yurgen Klopp keçirdiyi mətbuat konfransında deyib ki, pleyy-off oyunlarını klub üçün çox önəmli hadisə kimi görürlər.

1997-ci ildə Çempionlar Liqasını qazanan «Borussiya» Dortmund sonradan eniş dövrünü yaşayıb və artıq 8 ildir ki, avrokubokların qrup mərhələsinə düşə bilmir. «Borussiya»nın idman direktoru Maykl Zork deyir ki, UEFA Avropa Liqasının qruplarına qalmaq komandaya əlavə 5 milyon avro qazanmağa imkan verəcək ki, bunu da inkişafa xərcləməyi nəzərdə tuturlar.

Amma «Borussiya» anlayır ki, qruplara qalmaq su içmək kimi asan olmayacaq. Çünki baş məşqçi Yurgen Kloppun fikrincə, «Qarabağ» yetərincə ciddi rəqibdir. Klopp deyib ki, rəqib haqqında onlar daha çox məlumat əldə ediblər, nəinki çempionatda qarşılacaqları «Bayer» Leverkuzen haqda.

Klopp «Qarabağ»ın Bakıda «Visla» Krakova qarşı ilk yarımsattdakı oyununu möhtəşəm adlandırıb. Alman məşqçinin fikrincə, «Qarabağ»ın səfərdə də «Visla»nı yenməsi, ondan əvvəlki oyunlarda da uduzmaması klubun gücünü göstərir. Kloppun fikrincə, «Qarabağ»ın əsas gücü müdafiədən sürətlə hücuma çıxa bilməsi və gözəl futbol oynamağı bacaran oyunçularının olmasıdır.

Almanlar oyunu dominə edib, əks-hücumlara imkan verməmək fikrindədirlər. Klopp deyir ki, cümə axşamı meydançaya çıxıb əllərindən gələni edəcəklər və öz oyunlarını oynamağa çalışacaqlar. Nəticədən asılı olmayaraq. Çünki bu mübarizənin hələ ikinci raundu da var.

«QARABAĞ» SONA QƏDƏR QƏLƏBƏ ÜÇÜN VURUŞACAQ»

Qurban Qurbanov
Ağdamın «Qarabağ» komandasının baş məşqçisi Qurban Qurbanov Dortmundda keçirdiyi mətbuat konfransında belə deyib.

Qurban Qurbanov deyib ki, biz «Borussiya»nn gücünə bələdik: «Çox gənc, enerjili, güclü komandadır. Üstəlik, belə bir nəhəng publika önündə oynayacağıq. Özü də ilk dəfə, amma biz çalışmışıq və rahatıq».

«Qarabağ» klubunun rəsmisi Anar Məmmədli isə deyib ki, oyunun nəticəsində asılı olmayaraq əmidirlər ki, bir həftə sonra Bakıdakı qarşılaşmada azərbaycanlı azarkeşlər komandalarını var gücləriylə dəstəkləyəcəklər.

OYUNDAN ÖNCƏ SON DURUM VƏ CANLI YAYIM MƏSƏLƏSI

«Qarabağ» klubunun yaydığı məlumata görə, komandanın heyətində Əfran İsmayılovdan başqa bütün oyunçular «Borussiya» ilə görüşə hazırdır. U-21-in düşərgəsində olan Tural İsgəndərov və Qara Qarayevin komandaya qatılmasıyla «Qarabağ»ın düşərgəsindəki oyunçuların sayı 22-ə yüksəlib.

«Borussiya» -«Qarabağ» oyunu yerli vaxtla saat 21:05-də (Bakı vaxtıyla 00:05) başlayacaq. ZDF və AZTV kanallarından canlı yayımlanacaq. Pley-of mərhələsinin cavab oyunu avqustun 26-da Bakıda keçiriləcək.

Bu mərhələdə qalib gələn komanda UEFA Avropa Liqasının qrup mərəhələsinə çıxır.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG