Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 02:54

Qurban Qurbanov «Borussiya» mərhələsi barədə...


Qurban Qurbanov
«Çalışacağıq ki, ən azından Bakıda «Borussiya» ilə oyunda azarkeşlərimizi sevindirək».

Bunu AzadlıqRadiosunun «İşdən sonra» proqramında «Qarabağ» klubunun baş məşqçisi Qurban Qurbanov deyib. Məşqçinin sözlərinə görə, futbolda mümkünsüz heç nə yoxdur.

«Hər rəqibə qarşı çalışırıq oyun üslubu quraq. «Borussiya» çox güclü rəqibdir, ən azından çalışacağıq ki, bu oyunda çox maraqlı bir oyun təqdim edək və əzmkar bir mübarizə aparaq. Çalışacağıq ki, ən azından Bakıda azarkeşlərimizi sevindirək. Bu həyatda mümkünsüz heç nə yoxdur. Futbolda mümkünsüz heç nə yoxdur».

ADININ MƏSULİYYƏTİNİ DAŞIYAN KOMANDA

Qurban Qurbanov «Qarabağ» klubunun üzərində çox böyük bir məsuliyyətin olduğunu söyləyib:

«Biz də çox gözəl bilirik ki, böyük məsuliyyət altındayıq. Böyük bir adı daşıyırıq. Xaricdə olduqda daha çox əlbəttə ki, hamı ilə ünsiyyətdə Qarabağdan, Ağdamdan, Şuşadan danışaq. Onları tam məlumatlandıraq».

İdman jurnalisti Elçin Cəlilov «Qarabağ»ın uğurlarını komandanın daxili siyasətinin uğurlu olması ilə əlaqələndirib:

«BORUSSİYA» MƏRHƏLƏSİ DƏ KEÇİLƏCƏK

«Qarabağ» əldə olan puldan səbirli istifadə etdi. Onlar bildilər ki, nə etmək lazımdır. Bu komandanın heç bazası yoxdur. Tez-tez stadion dəyişdirirdilər. Gah Quzanlıda oynayırdılar, gah Bakıda oynayırdılar. Amma onu deyim Qurban Qurbanov
Elçin Cəlilov
3 il bundan əvvəl komandaya gətiriləndə rəhbərlik ona faydalı psixoloji ixtiyar verdi. Bu da uğurla nəticələndi. Mənə elə gəlir ki «Borussiya» da keçiriləsi mərhələdir. Bu oyun oynanıldısa, «Borussiya» da keçiriləcək».

21-Cİ ƏSRİN KOMANDASI

Stadionda «Qarabağ»ın oyununu canlı izlədiyini və böyük zövq aldığını deyən Müsavat Partiyasının başqanı İsa Qəmbər komandanı 21-ci əsr səviyyəsində bir komanda adlandırıb:

«Qarabağ» çox gözəl oyun göstərir. Gənc oyunçular da var orada. Təcrübəli oyunçular da var. Ən önəmlisi bu qələbələr deyil. Ən önəmlisi odur ki, «Qarabağ» özünə inanır. «Qarabağ» 21 əsr səviyyəsində futbol nümayiş etdirir. Sabah uda da bilər, uduza da bilər. «Qarabağ»ın rəhbərliyi heç bir komandadan qorxmur. Bilirlər ki, istənilən səviyyədə istənilən komanda ilə layiqli oyun nümayiş etdirmək qabiliyyətinə malikdirlər. Biz də artıq «Qarabağ»ın oyununa baxanda ürəyimiz əsə-əsə oturmuruq ki, bu saat bizim qapımıza 5 top vuracaqlar və ya 8 top. Arxayın şəkildə bilirik ki, komandamız ləyaqətli oyun nümayiş etdirəcək. Ya qalib gələcək, ya da sona qədər qələbə uğrunda mübarizə aparacaq».

İsa Qəmbər deyib ki, bu uğurları dövlətin qayğısına bağlamağa ehtiyac yoxdur. Dövlət digər komandalara da eyni qayğını göstərir. Bəs niyə o komandalar uğur qazanmır?

İSA QƏMBƏR: «QURBAN QURBANOV XARİCİ MƏŞQÇİLƏR KİMİ MAAŞ ALMALIDIR»

«Bəlkə də ən az diqqət «Qarabağ»adır. «Qarabağ» bahalı transferlər etmir. Qurban Qurbanov xarici məşqçilər kimi maaş alırmı?
İsa Qəmbər
Ancaq almalıdır. Haqqı var bu adamın o pulu almağa. Eləcə də bizim o gənc oyunçular. Onların aldıqları maaşlar xaricdən bəh-bəhlə gətirilən oyunçuların maaşlarının neçə faizini təşkil edir?»

«Qarabağ» futbol klubunun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov isə deyib ki, hər şeyə pula bağlamaq Qurban Qurbanovun xarakterinə uyğun deyil:

«Siz heç vaxt Qurban Qurbanovun ağzından pul söhbəti eşitməzsiniz. Onun üçün pul o qədər vacib rol oynamır».

Vaqif Cavadovun «Tvente»dən ayrılması məsələsinin dəqiq olduğunu deyən Nurlan İbrahimov onun «Qarabağ»a qayıtmasının mümkün olduğunu da bildirib:

«Bu məsələdən bu gün xəbərdar olmuşuq. Bu məsələ yaxın günlərdə bəlli olacaq. Biz çox istərdik ki, Vaqif «Tvente»də oynasın, möhkəmlənsin. Vaqif «Qarabağ», «Qarabağ» da Vaqif üçün çox önəmli ünsürlərdir. Zənnimcə, onun «Qarabağ»a gəlməsi mümkündür. Bu barədə danışmaq çox tezdir. Vaqif istənilən komandanı gücləndirməyə qadirdir».

«SOLİDNIY PAREN»

Sonda «Bakılı oğlanlar» KVN komandasının üzvü Bəhram Bağırzadə verilişə qatılaraq sevincini bölüşüb.

«Qurban Qurbanov futbolçu kimi, həm insan kimi rusların sözü ilə desək, «solidnıy paren»dir. Samballı insandır. Gələcəkdə öz yerini tapacaq. Əgər öz üzərində işləsə».

Şərhləri göstər

XS
SM
MD
LG