Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 13:29

«Nə Azərbaycan müqəddəsdir, nə Ermənistan»


Əvəz Həsənov
Əvəz Həsənov
«Nə Azərbaycan müqəddəsdir, nə Ermənistan». Bunu AzadlıqRadiosunun «İşdən sonra» proqramında İtkin düşənlərin, girovların və əsirlərin axtarışı üzrə beynəlxalq qrupun keçmiş koordinatoru Əvəz Həsənov deyib.

«Hər ikisinin kifayət qədər günahı var. İstənilən humanizmdən kənar hərəkətlər gətirib ona çıxarıb ki, bu gün Ermənistan hökuməti və ictimaiyyəti vəhşicəsinə əsgərimizin cəsədini demək olar ki, təhqir olunması və onun şəkillərinin internetdə yayılması ilə məşğuldurlar. Dağlıq Qarabağ münaqişəsində tərəflər bir növ şərtlərini yaddan çıxarıblar. Bunu başqa cür qiymətləndirmək olmaz. Azərbaycanın etdiklərini də qiymətləndirsək, görərik ki, Azərbaycanın etdikləri də etikadan kənardır. Çünki konvensiyaya görə heç bir dövlət əsiri qeyri-insani davranışlara cəlb etməməlidir. Onu istəyindən kənar addımlara cəlb etməməlidir».

«NİYƏ AZƏRBAYCANI İTTİHAM EDİRSİNİZ?»

«Həsrət yolu» əsir və girovlara kömək ictimai birliyinin sədri Esmira Orucova isə həmkarı ilə razılaşmayıb.

«Mən Əvəz bəyin dedikləri ilə razı deyiləm. Nədənsə Əvəz bəy həmişə olduğu kimi ermənipərəst mövqe nümayiş etdirir. Nəyə görə siz Azərbaycan tərəfini ittiham edirsiniz konvensiyadan irəli gələn müddəaların pozulmasına görə?»

Əvəz Həsənov isə deyib ki o heç bir tərəfi ittiham etmir, sadəcə konvensiyadan irəli gələn şərtləri deyir.

Esmira Orucova
«Bu, ittiham deyil, sadəcə konvensiyadan irəli gələrək mən dedim ki, Azərbaycan tərəfinin bu günahı var, Ermənistanın bu günahı var. Amma Ermənistanın mənəvi haqqı çatmır Azərbaycanı ittiham etsin».

«BEYNƏLXALQ TƏŞKİLATLAR ÖZLƏRİ KONVENSİYANI POZUR»

Esmira Orucova isə deyib ki, beynəlxalq təşkilatlar özləri beynəlxalq konvensiyaları pozurlar.

«Beynəlxalq Qızıl Xaç komitəsi bu gün Ermənistanda saxlanılan əsirlərlə, onların ailələrinə göndərilən məktublarda abzasların üstündən xətt çəkib, senzura tətbiq edirlər. Cümlələrin üstündən xətt çəkirlər ki, emosional cümlələr olmaz. Beynəlxalq Qızıl Xaç komitəsi də beynəlxalq konvensiyaların müddəalarını kobudcasına pozur».

Əvəz Həsənov bu yerdə həmkarının dedikləri ilə razılaşıb. O da bildirib ki, Beynəlxalq Qızıl Xaç komitəsi artıq qapalı quruma çevrilib. Eyni zamanda Müdafiə Nazirliyindən də bu məsələlər barədə, xüsusən də Milli qəhrəman Mübariz İbrahimovun cəsədinin qaytarılması ilə bağlı aparılan danışıqlar barədə məlumat almaq müşkülə çevrilib.

XS
SM
MD
LG