Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 22:48

İ.Əliyev Bakı üçün Qarabağ danışıqlarının əsas şərtini deyir


Prezident İlhyam Əliyev
Prezident İlhyam Əliyev
“Azərbaycan dövləti və xalqı Dağlıq Qarabağa onu Azərbaycandan ayıracaq heç bir status verməyəcək”. Bunu prezident İlham Əliyev iyulun 13-də Nazirlər Kabinetinin iclasında çıxışı zamanı bildirib.

Prezident deyib ki, hazırda münaqişənin həlli üçün aparılan danışıqlarda da məhz Azərbaycanın ərazi bütövlüyünü bərpa edilməsi yolları müzakirə edilir:

- Danışıqlarda müzakirə edilən məsələlərdə Dağlqı Qarabağın Azərbaycandan nə vaxtsa ayrılması ilə bağlı heç bir mexanizm yoxdur, ola da bilməz. Bunu xüsusilə bir daha qeyd edirəm ki, Aərbaycanın ərazi bütövlüyü müzakirə predmeti deyil və olmayacaq. Azərbaycan da ancaq bu prinsiplər əsasında bu danışıqlarda iştirak edir.

Prezident İlham Əliyev bildirib ki, hazırda hərbi xərcləri 2 milyard 150 milyon dollardır. Azərbaycan danışıqlar apara-apara bir yandan da ordusunu gücləndirir ki, münaqişənin hərbi vasitələrlə həlli zəruirəti yaranarsa, buna hazır olsun.

Bu həftənin sonunda Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov da Ermənistanın Xarici İşlər naziri Eduard Nalbandyanla görüşəcək. Görüş ATƏT üzvü olan ölkələrin xarici işlər nazirlərinin iyulun 16-17-də Almatıda keçiriləcək qeyri-rəsmi görüşü zamanı baş tutmalıdır. Onların müzakirələrinə Qarabağ münaqişəsinin nizamlanması ilə məşğul olan ATƏT-in Minsk qrupunun həmsədri kimi ABŞ, Rusiya və Fransanın xarici işlər nazirlərinin də qatılmaları nəzərdə tutulur.

Elmar Məmmədyarov iyulun 9-da jurnalistlərə açıqlamasında deyib ki, Almatı görüşündə Laçın və Kəlbəçər rayonlarının Azərbaycana qaytarılması yolları müzakirə edilə bilər. Amma Yerevan bu xəbəri təkzib edir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG