Keçid linkləri

2024, 02 May, Cümə axşamı, Bakı vaxtı 01:54

Şimali Koreya futbolçularını rejim belə cəzalandırdı


Şimali Koreya yığmasından Ji Yun Braziliya ilə oyunda sevinsə də Portuqaliya oyunda məğlubiyyətə görə təhqirlərdən yaxa qurtara bilmədi
Şimali Koreya yığmasından Ji Yun Braziliya ilə oyunda sevinsə də Portuqaliya oyunda məğlubiyyətə görə təhqirlərdən yaxa qurtara bilmədi

Cənubi Afrikadan məğlubiyyətlə dönən Şimali Koreya futbol yığmasını Xalq Mədəniyyət Sarayının səhnəsinə çıxararaq onlara məhkəmı qurublar. Zalda ön cərgədə İdman naziri olmaqla 400 nəfər dövlət işçisi, tələbə və jurnalistlər olublar.

Britaniyanın “Telegraph” qəzeti Azad Asiya radiosu və Cənubi Koreya mətbuatına istinadla yazır ki, Cənubi Afrikada 3 oyunun 3-nü də məğlub olan futbolçuları ideoloji düşmənçilikdə ittiham ediblər.

Komandanın baş məşqçisi Kim Jong-Hunu Koreya İşçi Partiyasının üzvlüyündən xaric etdikdən sonra onu tikintidə fəhləliyə məhkum ediblər.

Baş məşqçiyə yönələn ittihamlardan biri də Şimali Koreyanın Ali liderinin oğlanlarına və başqa varislərinə xəyanət etmək olub.

Şimalı Koreya millisinin yalnız iki futbolçusunu bu təhqirlərdən canını qurtara bilib. Onlar Yaponiyada doğulmuş Jong Tae-se və çempionatdan sonra Yaponiyaya dönmüş An Yong-hakdır.

1966-cı ildən bu yana ilk dəfə futbol üzrə Dünya Çempionatına qatılan Şimali Koreya yığması keçən ay Cənubi Afrikada keçirilən dünya çempionatının ilk mərhələsini uğursuz keçirərərk öz qrupunda sonucu yer tutmuşdu.

Turnirə kifayət qədər inamla başlayan Şimali Koreya (Braziliya ilə bərabər oyunda cəmi 1-2 hesabı ilə məğlub oldu) onu biabırçı məğlubiyyətlə başa vurdanda (Portuqaliya millisinə 0-7 hesabıyla uduzdu) çoxlarında belə bir sual doğmuşdu ki, futbolçuların aqibəti necə olacaq.

Cənubi Koreya mediası yazır ki, futbolçular canlarını hələ nisbətən yüngül qurtarıblar. Çünki Şimali Koreyaya məğlub qismində dönən başqa idmançıların cəzaları daha ağır olub, məsələn atletlər və onların məşqçilərini əsir düşərgələrinə göndərirlərmiş.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG