Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 01:48

Sabiq səfir: «Borgen məsləhətə qulaq asmadığı üçün başına bu işlər gəldi»


Yon Ramberq
Yon Ramberq
«Jurnalist Erlinq Borgen məsləhətə qulaq asmadığı üçün başına bu işlər gəldi».

Bunu AzadlıqRadiosunun «İşdən sonra» proqramında Norveçin Azərbaycandakı sabiq fövqəladə və səlahiyyətli səfiri Yon Ramberq deyib.

NORVEÇLİ JURNALİSTİ BAKI AEROPORTUNDA SOYUBLAR

Səfir deyib ki, bu hər bir halda xoşagəlməz haldır:

«Erlinq Borgen mətbuat vizası üçün müraciət etmişdi. Çox yaxşı olardı ki, o mətbuat vizasının alınması üçün gözləyəydi. Borgenin Azərbaycana bu vizanın gözləmədən gəlməsi bir növ risk idi. Təbii ki, mənim məsləhətlərimin əksinə olaraq o bunu etdi. Və onun Azərbaycanı tərk edərkən başına gələn hadisə qəbuledilməzdir. Bizim sübutumuz yoxdur ki, bunların arxasında nə durur. Biz Azərbaycan hökumətini xəbərdar etdik və bir çox beynəlxalq təşkilatların reaksiyasını da onlara çatdırdıq».

Səfir deyib ki, fantaziyası o qədər güclü deyil ki, Azərbaycanı hansısa insana bənzətsin. O azərbaycanlıları vicdanlı bir adam kimi təsəvvür edir. Heydər Əliyevin hakimiyyətə gəlməsinin 41-ci ildönümünün təntənəli şəkildə qeyd olunmasına gəlincə, səfir bunu Heydər Əliyevin Azərbaycan xalqı üçün etdikləri ilə əlaqələndirib:

«Bu yəqin Heydər Əliyevin Azərbaycanın xilasına olan köməyi kimi qeyd olunur. Kitablara istinad edə bilərəm ki, həmin vaxt Azərbaycan krizis vəziyyətində olub. 69-cu il barəsində isə heç bir şey deyə bilmərəm. O zamanı qeyd edirlərsə bunu da son zamanlar baş verənlərin kontekstində yəqin qeyd edirlər».

Yon Ramberq deyib ki, demokratiyanın bərqərar olmasında, korrupsiyanın qarşısının alınmasında demokratiyanın rolu olduqca böyükdür.




/Hazırladı Kamran Mahmudov/
XS
SM
MD
LG