Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 16:25
Norveçli araşdırmaçı journalist Erlinq Borgen və onun operatoru Daq İnge Dahl mayın 6-da səhər saat 5-də Heydər Əliyev adına Beynəlxalq Hava Limanında təhlükəsizlik heyəti tərəfindən saxlanılıb. Onlara bildirilib ki, yükləri çoxdur. “30 dəqiqə sürən danışıqlardan sonra, təhlükəsizlik xidməti əl çanatamı ölçməkdə təkid etdi. Mənim başqa seçimim yox idi, çantanı hərəkət edən yük lenti ilə (baqaja) yolladılar. Dedilər ki, səhvən oldu, əlavə etdilər ki, çanta yük kimi birbaşa Norveçə göndəriləcək”.

Jurnalist deyir ki, yükləri Norveçdə alanda görüb ki, 6 günlük çəkilişin görüntüləri yaddaş kartından pozulub, bundan başqa Erlinq Bogenin sözlərinə görə, Eynulla Fətullayev haqqında Strasburq məhkəməsinin qərarının mətni də onun çantasından yoxa çıxıb.

“Amma onlar bilmir ki, hiyləyə aldanıblar. Çünki apardığımız çəkilişin surətləri indi Oslodadır. Və Eynulla Fətullayev haqqında olan “Azərbaycanda məhbus“ adlı sənədli filmin montajı tezliklə başlayacaq“.

Norveçli jurnalist qeyd edir ki, təhlükəsizlik xidməti həmçinin yaddaş kartlarını və şəkilləri də oğurlayıb.
Bakı beynəlxalq hava limanı

“Bu, Azərbaycanda bu gün necə bir rejimin hökm sürməsi haqqında hər şeyi deyir. Mən bu soyğunçuluğu ciddi qəbul edirəm və Norveç Xarici İşlər Nazirliyi və polislə əlaqə saxlamışam. Mən Azərbaycandakı cəsarətli jurnalist dostlarıma heyranam“.

AZAL-ın mətbuat xidmətinin rəhbəri Məhərrəm Səfərli bu haqda dəqiq informasiyası olmadığını bildirdi. Onun sözlərinə görə, ola bilər ki jurnalist aeroportun rentgen yoxlaması zamanı saxlanılıb. “Təhlükəsizlik xidməti heç kimi boş yerə saxlamır“, deyə Məhərrəm Səfərli bildirib.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG