Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 02:46
Prezident İlham Əliyevin hökumətin axırıncı iclasında dedikləri ilə «Təzə bazar»da bizə deyilənlər uyğun gəlmir. İlham Əliyev iyulun 13-də hökumətin 6 ayın yekunlarına həsr edilən iclasında fəxrlə dedi ki, iqtisadiyyat dirçəlir, əhalinin pul gəlirləri inflyasiyadan üstün olub. Pul gəlirləri doqquz faiz artıb, inflyasiya təqribən beş faiz olub.

«Təzə bazar»a alış-verişə gələnlər isə başqa söz deyirlər:

- 70 manat pensiya alıram, meyvə almaq istəyirəm, pul çatmır. Kartof 70 qəpiyədir, bibər üç manata. Necə çatdırım?! Üstəgəl işıq, qaz pulu».

- Gilas qurtardı, mən bu il gilas ala bilmədim uşağa. Atası pensiyaçıdır, Qarabağ əlilidir. Mən də qoca arvad, 70 manat pensiya alıram.

- Alan da yoxdur. Bilmirəm iqtisadi böhrandır, nədir, alan yoxdur.

Prezident dediyi kimi əhalinin həyat səviyyəsi yaxşılaşıbsa, adamlar bunu niyə hiss etmirlər?

ANALOQU OLMAYAN XİYAR

Qubad İbadoğlu
İlham Əliyevin və sadə adamların dediklərinin arasındakı fərqi İqtisadi Tədqiqatlar Mərkəzinin sədri Qubad İbadoğlu belə izah edir:

- Bu, ümumi göstəricidir, bir adam var ki, gəliri ümumiyyətlə yoxdur, bəziləri var ki, gəliri bir neçə dəfə artıb. Beləliklə, biz ümumi gəliri iki adam arasında böləndə elə nəticə alacağıq ki, guya hər ikisinin gəliri artıb. Halbuki, bu statistika real vəziyyəti əks etdirmir. İstənilən halda, əhalinin real pul gəlirləri ilə inflyasiya arasında müqayisə aparmaq düzgündür, amma Azərbaycan üçün bu müqayisə uyğun deyil. Dünyanın heç yerində xiyarın qiymətində altı dəfə fərq olmur, fərq qəpiklərlə ölçülür. Amma Azərbaycanda gəlirlərin differensasiyası o qədər böyükdür ki, qiymətdə də belə fərq yaranır.

RƏSMİ RƏQƏMLƏRLƏ QHT-LƏRİN STATİSTİKASI FƏRQLƏNİR


Qubad İbadoğlu deyir ki, son zamanlar Azərbaycanda əməkhaqqı yüksələn təbəqə daha çox polis, məhkəmə hakimiyyəti, məmurlardır. Bu göstəricilər əsasında bütövlükdə həyat səviyyəsinin yüksəldiyini demək düz deyil.

Qubad İbadoğlunun rəhbərlik etdiyi İqtisadi Tədqiqatlar Mərkəzi Dövlət Statistika Komitəsinə alternativ olaraq inflyasiya göstəricilərini hesablayıb. Ekspert deyir ki, prezidentin dediyindən fərqli olaraq son illər əhalinin pul gəlirləri azalır:

Nazim Məmmədov
- 2007-2008-ci illərdə əhalinin əməkhaqqı artımı 30-40 faiz olurdu. Rəsmi rəqəmə görə isə bu il əməkhaqqı beş faiz artıb. Bizim hesablamamıza görə, inflyasiya 5,7 faiz olub. Deməli, əhalinin pul gəlirləri heç də inflyasiyanı üstələməyib.

Yeni Azərbaycan Partiyasından deputat, Milli Məclisin İqtisadi Siyasət Komissiyasının üzvü Nazim Məmmədov isə deyir ki, Azərbaycanda həyat səviyyəsi son altı ayda prezidentin dediyi kimi yaxşılaşıb. Bəs əhali niyə bunu həyatında hiss etmir? Nazim Məmmədov deyir ki, bu, əsasən Bakıda belədir:

- Bakının həddindən artıq yüklənməsi təəssüf ki, paytaxtı dünyanın bahalı şəhərləri siyahısına salıb. Bakı bahalı şəhərə çevrilməkdə davam edir. Bunun üçün hökumət büdcədən maliyyələşən təbəqənin qeydinə qalmalıdır və qalır da. Orta aylıq əməkhaqlarının və pensiyaların artırılması da buna xidmət edir.

İlham Əliyev hökumətin iclasında vəd verib ki, yaxın günlərdə həm maaşlar, həm də pensiyaların artırılması məsələsinə baxılacaq.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG