Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 02:15

Prezident «2010-cu il dövlət büdcəsi haqqında» qanuna dəyişiklikləri təsdiqləyib


İlham Əliyev

İlham Əliyev

Prezident İlham Əliyev «Azərbaycan Respublikasının 2010-cu il dövlət büdcəsi haqqında» Azərbaycan Respublikası qanununda dəyişikliklər edilməsi barədə» qanununun tətbiq olunması haqqında fərman imzalayıb.

Qanun Azərbaycan Milli Məclisinin iyunun 18-də keçirilmiş iclasında qəbul olunub. Qanuna əsasən, 2010-cu il dövlət büdcəsinin gəlirləri 1 490 mln. manat, xərcləri isə 1 011.3 mln. manat artırılıb. Artımla dövlət büdcəsinin gəlirləri 11 505 mln. manat, xərcləri isə 12 275.3 mln. manat təşkil edib. Gəlirlərin artımının 490 mln. manatı Vergilər Nazirliyi, 1 mlrd. manatı isə Dövlət Neft Fondundan transfertlər hesabına formalaşıb. Bununla da, Vergilər Nazirliyinin xətti ilə büdcəyə daxil olması planlaşdırılan vəsaitlərin həcmi 4 470 mln. manat olub. Proqnozlaşdırılan büdcə kəsirinin məbləği 478.7 mln. manat azaldılıb.

Kür və Araz çaylarının yaratdığı sel fəlakətinin fəsadlarının aradan qaldırılması və gələcəkdə analoji halların baş verməməsi üçün tədbirlərin maliyyələşdirilməsinə 300 mln. manat ayrılıb. Müdafiə xərclərinə 400 mln. manat əlavə edilib. Naxçıvanda bir sıra infrastruktur layihələrinin həyata keçirilməsinə 17 mln. manat, yol layihələrinin başa çatdırılması, Bakı şəhərində tarixi əhəmiyyətli binaların bərpası, rayonlarda su və kanalizasiya sistemlərinin yaxşılaşdırılmasına 129 mln. manat, elmə 3 mln. manat, səhiyyəyə 10 mln. manat ayrılıb.

Naxçıvan Muxtar Respublikasına dövlət büdcəsinin dotasiyası 2.7 mln. manat artırılıb. Dövlət büdcəsinin kəsiri ÜDM-in 2.3%-ni təşkil edib. / APA /

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG