Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 04:39

Almaniya İngiltərə 4-1. Bu oyunda Tofiq Bəhrəmovu yenidən yada salırlar. Bu dəfə hakim oxşar vəziyytdə qolu saymır


Lukas Podolski hesabı artırır.
Lukas Podolski hesabı artırır.

Dünya çempionattının 1/8 finalında görüşən Almaniya-İngiltərə arasındakı oyununikinci hiisəsi gedir hesab 4-1 almanların xeyrinədir

Oyun almanların üstünlüyü ilə başladı. İlk təhlükəli vəziyyəti də Məsud Özil yaratdı, sağ tərəfdən uzun ötürməni qəbul edən Özilin zərbəsi zəif alındı.

20-ci dəqiqədə Almaniya millisinin qapıçısı topu oyuna daxil edəndə onu bütün meydandan əks tərəfə qədər vurdu. Bu zərbəyə açılan Miroslav Klose onu ingilislərin cərimə meydançasında qəbul edəndə ingilis qapıçısını bir anlıq qabaqlaya bildi, topu onun yanından qapıya yönəltdi. 1-0

30 dəqiqədə Miroslav Klose ikinci dəfə fərqlənmək imkanını əldən verdi.

33-cü dəqiqədə isə Lukas Podolski daha sərrast oynadı. Almanların 4 gedişli kombinasiyasını başa vuran Podolsi topu iti bucaq altından ingilislərin qapıçısı David Jamesin ayaqlarının arasından qapiya yönəldə bildi. 2-0

İngilislərin nadir hücumlarından birində, 35-ci dəqiqədə Frank Lampard hesab arasındakı fərqi azaltmaq imkanını əldən verdi.

Lakin 37-ci dəqiqədə ingilis Upson hamıdan yuxarı hoppanıb Gerrardın cərimə meydançasına qaldırdığı topu başı ilə qapıya yönəltdi. 2-1

Bir dəqiqə sonra baş verən hadisə isə yəqin yenidən Azərbaycanlı hakim Tofiq Bəhrəmovun adını gündəmə gətirəcək. Frank Lampardın təqribən 25 metrdən vurduğu zərbə qapı dirəyinə dəyib böyük sürətlə yerə düşdü: bilinmirdi, qapı xəttinin arxasında, yoxsa qarşısında.

Oyunun hakimi əllərini kənara açıb qol olmadığını bildirdi. Amma təkrar TV kadrlar topu qapı xəttini keçdiyini, hakimin səhvini aydın göstərirdi. Xatırladırıq T.Bəhrəmov 1966-cı ildə oxşar vəziyyətdə qolu saymışdı.

Tərəflər fasiləyə 2-1 hesabı ilə getdilər.

İkinci hissəyə ehtiyyatlı başlayan tərəflər mübarizəni əsasən meydanında ortasında aparırlar. 52-ci dəqiqədə Frank Lampardın 32 metrdən vurduğu sərbəst zərbə almanların qapı dirəyinə dəyib meydana qayıtdı.

60-cl dəqiqələrdə ingilislər fəal olsalar da, hücumları kəsərli deyildi. Yadda qalan epizod bele idi: Rooney 2 oyunçunu keçərək Milleri qapıçı ilə təkbətək çıxartdı. Lakin vaxtı itirən ingilis Millerin zərbəsinə müdafiəçi özünü çatdıra bildi.

İngilis həmlələrinin qarşısın alan Almaniya millisi ingilislərə məhsuldaqlıq dərsi keçdilər. Oyunun 66-cı dəqiqəsində Rooneyni qarşısını alan müdafiəçi qaydanı pozur. 28 metrlik məsafədən cərimə zərbəsi təyin olunur. Lampardın zərbəsi düz "canlı divara" dəyib geri qayıdır və elə almanların əks-hücumuna başlanğıc verir. Almanların oyunçusu Bastian Sweinstiger cərimə meydançasına yaxınlaşıb topu sağ tərəfə Thomas Muellerə ötürür. Onun təqribən 14 metrdən vurduğu zərbə dəqiq olur 3-1.

Bir dəqiqə sonra isə növbəti əks-hücuma açılan Məsud Özil sprinter sürəti ilə rəqibini geridə qoyur sağ tərəfdən cərimə meydaçasına daxil olur və topu soyuqqanlıqla 11 metrlik cərimə zərbəsi nöqtəsinə, hücuma qoşulan Müllerə ötürür, Müller hesabı artırır 4-1

İngilislərin taleləri ilə barışmaq savayı yolları qalmamışdı. Son dəqiqələr anca qvaxt öldürmək naminıə oynanılır, Almanların qələbəsinə artıq heç kim şübhə etmirdi.

Beləliklə İngilislər evə gedir, Almaniya isə Argentina-Meksika görüşünün qalibi ilə dördəbir finalda görüşəcək

ALMANİYA-İNGİLTƏRƏ GÖRÜŞÜNÜN MARAQLI EPİZODALRINA BURADA BAXIN

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG