Keçid linkləri

2024, 02 May, Cümə axşamı, Bakı vaxtı 01:53

Cənubi Afrika zurnasi vuvuzela - cəmi 5 manata!


Vuvuzelanın səsi dünya çempionatının səsli rəmzinə çevrilir
Vuvuzelanın səsi dünya çempionatının səsli rəmzinə çevrilir

Vuvuzela ilk dəfə bir il öncə Cənubi Afrikada keçirilən Konfederasiya kubokunda gündəmə gəldi. Qadağan olunacağı düşünülsə də, Cənubi Afrika Futbol Federasiyası FİFA rəhbərliyinə yazılı müraciət edərək bu alətin ölkədəki futbol mədəniyyətinin ayrılmaz bir parçası olduğunu bildirdi

Cənubi Afrikada keçirilən dünya çempionatında 61 sm-lik uzunluğu və 100 qramlıq ağırlığa malik vuvuzela nəfəsli çalğı alətidir.

Stadionda futbolçu və jurnalistləri, televiziya qarşısında izləyiciləri qıcıqlandıran monoton bir səs-küy təsəvvür edin.

VUVU—ELƏ SƏS-KÜY DEMƏKDİR

Zulu dilindəki «vuvu» sözundən götürülən vuvuzelanın mənası səs-küy deməkdir. Vuvuzela səsini arı vızıltısına və hətta fil nəriltisinə bənzədənlər də var. Kütləvi çalındığında 135 desibel gücündə səs çıxaran bu alət insan sağlamlığına ciddi təhlükədir.

VUVUZELA—XƏBƏRLƏŞMƏ VASİTƏSİ OLUB


Kudu adlı antilop növündən hazırlanan vuvuzeladan əsrlər boyu Afrika qəbilələrinin xəbərləşməsində istifadə edilib. Müasir vuvuzelalar isə plastikdən hazırlanır və qısa müddətdə Cənubi Afrika futbol mədəniyyətinin ayrılmaz parçasına çevrilib.



DÜNYA ÇEMPİONATINI AVROPALAŞDIRMAYAQ!


Vuvuzela ilk dəfə bir il öncə Cənubi Afrikada keçirilən Konfederasiya kubokunda gündəmə gəldi. Qadağan olunacağı düşünülsə də, Cənubi Afrika Futbol Federasiyası FİFA rəhbərliyinə yazılı müraciət edərək bu alətin ölkədəki futbol mədəniyyətinin ayrılmaz bir parçası olduğunu bildirdi. Öz növbəsində FİFA 2010-cu il dünya çempionatında azarkeşlərin vuvuzeladan istifadə etməsinə icazə verdi. FİFA prezidenti Sepp Blatter vuvuzela haqqında bunları söylədi: «Afrikada keçirilən bir dünya çempionatını avropalaşdırmamalıyıq».

VUVUZELA SAYTI YARANDI


Amma bütün bunlar bəzi futbolçu, jurnalist və milyonlarla izləyicilərin narazılığına son qoya bilmədi. Vuvuzela səsindən narazı olan insanlar internetdə banvuvuzela.com saytı yaratdılar. Saytdakı sorğuya qatılan istifadəçilərin 83% vuvuzelanın qadağan olunmasını tələb edir.

ƏN UCUZ ALƏT...

Vuvuzela dünyanın bəlkə də ən ucuz musiqi alətidir. Satış qiyməti təxminən 5 manatdır.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG