Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 12:22

«Hərbi Doktrinanı hazırlayanlar bu sənədin mahiyyətini dərk etməyiblər»


Üzeyir Cəfərov
Üzeyir Cəfərov
«Hərbi Doktrinanın bu şəkildə ortaya çıxması Azərbaycana hörmətsizlikdi».

Bu sözləri «İşdən sonra» proqramında hərbi ekspert Üzeyir Cəfərov deyib. O bildirib ki, bu sənəd çoxdan qəbul olunmalı idi. Ancaq bir neçə ildən sonra və belə tez-tələsik ortaya çıxmış sənəd, başqa ölkələrin doktrinalarının tərcümə olunmuş və bir qədər Azərbaycan meyarlarına uyğunlaşdırılmış surətidir.

Hərbi ekspert deyib ki, bu sənəd Azərbaycanın təhlükəsizliyi baxımından vacib olduğu üçün burada onun ana qayəsi göstərilməlidir:

«Sənəddə təkcə Ermənistanın adı yazılmalı deyildi. Başqa ölkələrin adı da göstərilməli idi. Kimdən qorxuruq, nədən qorxuruq?».

Hərbi Doktrinanı Konstitusiyaya bərabər sənəd adlandıran Üzeyir Cəfərov bildirib ki, burda Azərbaycana dost və düşmən ölkələrin adı yazılmalı idi.

«Sənəd mükəmməl şəkildə hazırlanmalı və müzakirə olunmalı idi. Hər bir millət vəkili o sənədi dərk etməlidir. Amma hazırda ortada olan sənəd çiydir. Azərbaycana hörmətsizlikdir bu sənədin ortaya çıxması».

Hərbi ekspert bildirib ki, bu sənəd qəbul olunduqdan sonra hər gün müzakirə olunmamalı və dəyişdirilməməlidir. Güc strukturları həmin sənədlə iş planını qurmalıdır.

Ekspert təəssüf edir ki, sənədə işğal olunmuş torpaqlarla bağlı müddəa salınmayıb:

«Niyə biz sənəddə göstərməməliyik ki, hər hansı bir ölkə tərəfindən Azərbaycanın təhlükəsizliyinə xələl gətiriləcək bir addım atılarsa Azərbaycan üzərinə müəyyən öhdəliklər götürür».

Cəsur Sümərinli
Ekspert deyib ki, bu sənədi sənəd xatirinə hazırlayıblar.

Verilişin digər qonağı Cəsur Sümərinli isə bildirib ki, Hərbi Doktrina layihəsi beynəlxalq standartlara uyğun sənəd hesab edilə bilməz. Ekspert deyib ki, bu sənəddə müharibə çağırışları var. Həmin sənəddə bəzi bəyanatların əksini tapması düzgün deyil.

O, Hərbi Doktrinanın bir neçə ildən sonra və belə tez-tələsik ortaya çıxmasını Rusiyanın Azərbaycana təzyiqi ilə əlaqələndirib.

«Doktrinada qeyd olunub ki, sənəd təhlükəsizlik qaydalarının daim dəyişən dinamikası nəzərə alınaraq dəyişdirilə bilər».

Doktrinanı «Azərbaycanın strateji mövqesizlik sənədi» adlandıran ekspert deyib ki, sənəddə ölkənin əməkdaşlıq etdiyi qurumlarla bağlı perspektivləri də nəzərə alınmayıb.


/Hazırladı: Kamran Mahmudov/
XS
SM
MD
LG