Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 02:57

«Azadlıq» blokuna xəbərdarlıq edildi


Polis «Azadlıq» blokunun bundan əvvəlki aksiyalarının qarşısını alıb
Polis «Azadlıq» blokunun bundan əvvəlki aksiyalarının qarşısını alıb
İyunun 5-də keçirəcəkləri mitinqlə bağlı «Azadlıq» blokuna xəbərdarlıq edilib.

Bu barədə AzadlıqRadiosuna Liberal Partiyası Siyasi Şurasının üzvü Bəybala Məmmədov məlumat verib. Mitinqlə bağlı o və AXCP Ali Məclisinin sədri Həsən Kərimov iyunun 4-də Bakı Şəhər Baş Polis İdarəsinə çağrılıblar.

Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini Yaşar Əliyev, Bakı şəhər prokurorunun birinci müavini Qənimət Səfərov və şəhər prokurorluğunun polisə nəzarət idarəsinin rəisi Pənah Abbasovla görüşdə «Azadlıq» blokunun planlaşdırdığı icazəsiz aksiya müzakirə olunub.

Hüquq-mühafizə orqanlarının nümayəndələri bildiriblər ki, Bakı Şəhər İcra Hakimiyyəti «Nərimanov» kinoteatrının qarşısında mitinqə icazə vermədiyindən onların keçirmək istədiyi aksiya qanunsuzdur və polis bunun qarşısını alacaq. Müxalifət nümayəndələrinə mitinqi meriyanın icazə verdiyi meydanlardan birində keçirmək təklif edilib.

Bəybala Məmmədovun sözlərinə görə, onlar bununla razılaşmayıblar və bildirblər ki, «Azadlıq» bloku iyunun 5-də «Nərimanov» kinoteatrı qarşısında aksiya keçirməkdə israrlıdır. Müxalifət nümayəndələri xəbərdarlıq sənədini də imzalamaqdan imtina ediblər.

Bir neçə gün əvvəl «Azadlıq» bloku sərbəst toplaşma, azad seçki və bir sıra sosial tələblərlə aksiya keçirəcəyi ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə (BŞİH) müraciət edib.

BŞİH «Azadlıq» blokuna aksiyanı şəhərin kənarında bir neçə yerdə keçirməyi məsləhət görüb. Siyasi partiyalar isə meriyanın göstərdiyi ünvanlarda aksiya keçirməkdən imtina ediblər.

Bundan əvvəl mayın 15-də «Azadlıq» bloku eyni tələblərlə «Nərimanov» kinoteatrı qarşısında icazəsiz aksiya keçirməyə cəhd edib. Polis aksiyanın qarşısını alıb və 10 nəfərə beş və on gün müddətlərinə həbs cəzası verilib.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG