Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 10:02

Məscidlərin bağlanması Azərbaycanı hara aparır?


Qamət Süleyman
«Müşfiqabad» məscidi bağlanacaqları haqda xəbərdarlıq alıb. Səbəb bu məscidin qeydiyyatdan keçməməsidir.

«Əbu-Bəkir» məscidinin imamı Qamət Süleyman və «Azadlıq» qəzetinin baş redaktoru Qənimət Zahid bu məsələ ətrafında Azərbaycandakı dini durumu dəyərləndirirlər.

Qamət Süleyman:

«Biz hələ də kommunist ab-havasından çıxmamışıq. Görünür, bəzi məmurları ibadət edən insanların artması narahat etməyə başlayıb. Nəticədə məscidlər bir-birinin ardınca ya bağlanır, ya da bağlanma təhlükəsiylə üzləşir. «Müşfiqabad» məscidinə son zamanlar insanlar həm Bakıdan, həm də Sumqayıtdan gedirdi. Sumqayıtda məscid bağlandıqdan sonra bir çox dindarlar ora üz tutmuşdu. «Müşfiqabad» məscidinin də bağlanması ağır nəticələr verə bilər. Sumqayıtda qaçqınların yaşadığı qəsəbədə məscid bağlandıqdan sonra orada radikallıq artdı. Nə qədər qruplaşmalar həbs edildi. Hakimiyyət başa düşməlidir ki, məscidlərin bağlanması radikallığın artmasına səbəb olacaq.
Qənimət Zahid
Mən başa düşmürəm hakimiyyət nədən bütün bunları nəzərə almır?…»

Qənimət Zahid:

«Hakimiyyət mənsubları məscidləri tək ona görə bağlamır ki, imam sahibi deyillər. Burada həm də kommersiya məqsədi güdülür. Mən buna şübhə etmirəm. Görünür, «Əbu-Bəkir» məscidi həm də ona görə bağlanıb ki, o yerə göz dikən insanlar var. Məscidin yerində nəsə tikmək istəyirlər. Bu «Müşfiqabad» məscidi ilə də bağlı ola bilər. Mən Azərbaycanda məscid tanıyıram, orada narkotik maddə satırlar. Heç o məscidin rəhbərliyinə gözün üstə qaşın var deyən yoxdur. Ancaq ən pisi odur ki, bu qədər haqsızlığa baxmayaraq, heç bir etiraz yoxdur. Bu isə vəziyyəti daha da ağırlaşdıra bilər…».

XS
SM
MD
LG