Keçid linkləri

2024, 05 May, bazar, Bakı vaxtı 01:29

Səfurə Əlizadə 7-cidir


Azərbaycan təmsilçisi Səfurə Əlizadə mayın 27-də keçiriləcək «Eurovision-2010» mahnı müsabiqəsinin II yarımfinalında 7-ci çıxış edəcək.

Səfurə Əlizadə

Müsabiqədə təmsil olunacaq 39 ölkənin sıra nömrələri püşkatmada məlum olub.

Mayın 25-də keçiriləcək I yarımfinalda ölkələr bu sıralanma ilə çıxış edəcək:

1. Moldova

2. Rusiya

3. Estoniya

4. Slovakiya

5. Finlandiya

6. Latviya

7. Sebiya

8. Bosniya və Hersoqovina

9. Polşa

10. Belçika

11. Malta

12. Albaniya

13. Yunanıstan

14. Portuqaliya

15. Makedoniya

16. Belarus

17. İslandiya

Mayın 27-də keçiriləcək II yarımfinalda isə ölkələr bu sıralanma ilə çıxış edəcək:

1. Litva

2. Ermənistan

3. İsrail

4. Danimarka

5. İsveçrə

6. İsveç

7. Azərbaycan

8. Ukrayna

9. Niderland

10. Rumıniya

11. Sloveniya

12. İrlandiya

13. Bolqarıstan

14. Kipr

15. Xorvatiya

16. Gürcüstan

17. Türkiyə

Birbaşa final mərhələsində çıxış hüququna malik olan böyük dördlük və builki müsabiqəyə ev sahibliyi edəcək Norveç təmsilçiləri isə mayın 29-da bu sıra nömrələrində çıxış edəcəklər: 2-ci İspaniya, 3-cü Norveç, 12-ci Böyük Britaniya, 18-ci Fransa və 22-ci Almaniya.

«Eurovision-2010» mahnı müsabiqəsi bu ilin mayında Norveçin paytaxtı Osloda keçiriləcək.
XS
SM
MD
LG