Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 15:08

«Avropa tamaşaçısının zövqünə uyğun seçim…»


Səfurə Əlizadə
«Münsiflərin qərara gəlməsi heç də asan olmadı. Çox uzun sürən və müzakirələrdən keçən bir qərar oldu. Münsiflər heyəti və mütəxəssislərin rəyini nəzərə almaqla, bütün Avropa tamaşaçısının zövqünü ümumiləşdirərək son qərarı vermiş oldum. Bu Səfurədir, təbriklər, Səfurə»....

«Eurovision-2010» müsabiqəsi üzrə Azərbaycan nümayəndə heyətinin rəhbəri Adil Kərimlinin də dediyi kimi, Azərbaycanı bu mahnı müsabiqəsində təmsil edəcək müğənninin adı yarım saatdan çox çəkən müzakirələrdən sonra açıqlandı.

«EUROVISION-2010» TƏMSİLÇİSİNİ TANIMAYANLAR DA VAR

17 yaşlı Səfurə Əlizadənin adı açıqlanandan sonra zalda alqışlar səslənsə də, bu prosesi kənardan izləyən Bakı sakinlərinin fikirləri birmənalı deyil. Müğənninin adını eşitməyənlər, onu tanıyanlardan çoxdur:

- Düzü, mən bu qızı bu vaxta qədər görməmişdim.
- Xeyr, Azərbaycanı kimin təmsil edəcəyindən xəbərim yoxdur, bəlkə təbliğat azdır, ona görə.
- Mənim də xəbərim yoxdur…
- Azərbaycan 5-6-cı yerlərdə olsa, böyük şeydir.
- Ora gedən qız, məncə, yer tuta bilməyəcək.
- Yaxşı mahnılar, repertuar lazımdır, o da bizdə yoxdur…
- Səfurəni «Yeni Ulduz» yarışmasında görmüşdüm, nə bilim, oxuyur də...
-Xoşuma gəlmədi, Azərbaycan finala keçməyəcək...

Keçən ay Bakıda olan «Eurovision-2009»-un qalibi Aleksandr Rıbak isə Səfurə Əlizadənin çıxışını bəyəndiyini bildirmişdi.

SƏFURƏ ƏLİZADƏ KİMDİR?


«4 yaşımdan oxuyuram, sonra musiqi məktəbində 5 il oxudum, saksofonu davam etdirməyə başladım. Fransada YUNESKO xəttilə konsertdə iştirak etdim, saksofonda çalmışdım, diplom almışdım. Öz üzərimdə işləyirəm»...

Bu, Səfurə Əlizadənin özü haqqında dedikləri idi…

Yerli tamaşaçıların daha çox «Yenu Ulduz-8» müsabiqəsinin qalibi kimi tanığı Səfurə Əlizadənin saksofon üzrə orta musiqi təhsili var. O «Eurovision» tarixinə də saksofonla düşmək istədiyini bildirir. Səsinə və rəqsinə üstünlük verən müğənni saksofonla tamaşaçıları təəccübləndirəcəyini, bununla da fərqlənəcəyini deyir.

"Eurovision-2010"a kim gedəcək?
Gözlə

No media source currently available

0:00 0:03:49 0:00


PEŞƏKARLAR FƏRQLİ DÜŞÜNÜR


Bəstəkar Vaqif Gərayzadə dünənki çıxışa baxmadığından fikir söyləmək istəmədi. Səfurə Əlizadəni isə mahnı müsabiqəsindən tanığını dedi:

«Təbii ki, onun çıxışını müsabiqədə görəcəyik. Mənə elə gəlir ki, təşkilatçılar bu haqda fikirləşiblər. Bizə qalib gəlmək lazımdır, yaxşı olar».

Bəstəkar Faiq Sücəddinov isə münsiflərin seçimini uğurlu sayır. O Azərbaycanın bu ilki müsabiqədə ilk üçlüyə düşəcəyini bildirir:

«Səfurə yaxşı musiqiçidir, yaxşı oxuyur, ingilis dili də yaxşıdır. Saksofonda da yaxşı çalır. Onun üçlüyə düşəcəyinə inanıram. Ona görə ki, onun oxumaq imkanları da, vacib olan xarici görünüşü də var. Təbii ki, qiyməti adamlar öz səsvermələri ilə verəcəklər. O öz geyimi, sifəti, gülər üzü, şıltaqlığı ilə tamaşaçıları maraqlandıracaq».

O ki qaldı «Eurovision-2010»-da ifa olunacaq mahnıya, təşkilatçılar bildiriblər ki, martın 19-a qədər məlum olacaq.

Bu ilki çıxışla Azərbaycan «Eurovision» mahnı müsabiqəsində artıq üçüncü dəfədir ki iştirak edəcək. Keçən ilki müsabiqədə Aysel və Araş 3-cü olmuşdu. 2008-ci ildə isə Elnur Hüseynzadə ilə Samir Cavadzadə 8-ci yerdə qərarlaşmışdılar.
XS
SM
MD
LG