Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 01:18

Sələfilər haralarda yığışırlar?..


 Müşfiqabad məscidində Cümə namazı, 26 fevral 2010

Müşfiqabad məscidində Cümə namazı, 26 fevral 2010

Müşfiqabad qəsəbəsinin kiçik və təmirsiz məscidində obrazlı desək, iynə atsan yerə düşməz. Cümə namazına gələnlərin çoxunun xarici görünüşü qəsəbənin sakinlərindən fərqlidir – saqqalları sinələrinə düşür, şalvarlarının balaqları qısadır.

Özlərinin dili ilə desək, sələfilər, bəzilərinin onları adlandırdığı kimi desək, vəhhabilər son vaxtlar paytaxtdan 18 km. uzaqda yerləşən Müşfiqabad qəsəbəsində tez-tez görünməyə başlayıblar.

2008-ci ilin avqustunda, şəhərin mərkəzində, sələfilərin yığışdığı «Əbu Bəkr» məscidindəki partlayışda 2 nəfər ölüb, 19 nəfər yaralanıb, hadisədən sonra hökumət bu məscidi bağlayıb. Sələfilər əsasən, şiə məscidlərinə getmirlər. Onlar ya «İlahiyyat» məscidinə yığışırlar, ya da şəhərin ucqarlarında - Müşfiqabad, Qaraçuxur qəsəbəsindəki məscidlərdə namaz qılırlar. 43 yaşlı Abdulla İmanov da deyir ki, «Əbu Bəkr» bağlananı onun əziyyəti artıb:

ORADA MƏSCİD VAR, AMMA BİZ ORA GETMİRİK

«Xırdalandan gəlmişəm. Orada məscid var, amma biz ora getmirik. «Əbu-Bəkr»i bağladılar, ona görə bura gəlmişik».

«Əbu Bəkr» məscidi ilə bağlı işin istintaqı başa çatıb, məhkəmə davam edir.

Hakimiyyət rəsmiləri dəfələrlə deyiblər ki, partlayışın səbəbi barədə qərar olmayana qədər məscid
Hacı Mübariz Qaçayev
açılmayacaq.

İlahiyyatçı Elşad Miri deyir ki, hökumət «Əbu Bəkr»i açmamaqla sələfiləri əksinə, özünə qarşı çevirə bilər. Bundan başqa, sələfilərin bir yox, bir neçə məsciddə toplanması onlara nəzarət üçün də əlverişsizdir:

«Biri var adamlara bir məsciddə nəzarət edəsən, biri də var bir neçə yerdə - ayrı ayrı məclislərdə, məscidlərdə, evlərdə yığışarkən nəzarət etmək. Məncə, «Əbu- Bəkr»in açılması daha məqsədəuyğundur».

Müşfiqabad məscidinin şeyxi Hacı Mübariz Qaçayev AzadlıqRadiosuna deyir ki, bir müddət əvvəl onu Qaradağ rayon İcra Hakimiyyətinin qəsəbə nümayəndəliyinə çağırıb deyiblər ki, təhlükəsizlik məqsədilə şəhərin başqa yerindən gələnlərin qarşısını alsın, məscidə buraxmasın, təxribat gözlənilir:

«Təhlükəsizlik məqsədilə edir hökumət bunu. Heç bir hökumət istəməz ki, nə isə xoşagəlməz hadisə baş versin».

Hacı Qamət Süleymanov
Mübariz Qaçayev deyir ki, hələ ki, məscidə gələnlərə mane olan yoxdur.

HAKİMİYYƏT «ƏBU BƏKR»İ SİYASİ SƏBƏBDƏN AÇMIR

«Əbu Bəkr» məscidinin imamı Hacı Qamət Süleymanov isə bildirir ki, məscidin bağlanması ilə bağlı məhkəmə qərarı yoxdur, sadəcə olaraq, partlayışdan sonra məscidi açmayıblar, məscid bununla bağlı hökuməti məhkəməyə verib, işi uduzub, Avropa İnsan Haqları Məhkəməsinə müraciət edib.

Qamət Süleymanov deyir ki, hakimiyyət «Əbu Bəkr»i siyasi səbəbdən açmır:

«Əlbəttə, biz böyük qüvvə idik, yeddi mindən çox adam gəlirdi məscidə bir dəfəyə. Ola bilsin ki, bəzi adamlar bundan qorxuya düşüblər».

Amma hakimiyyət rəsmiləri indiyə qədər Qamət Süleymanovun bu haqda iddialarını rədd ediblər.

«Əbu Bəkr» məscidinin məlumatına görə, Azərbaycanda 30 minə yaxın sələfi var.

Şərhləri göstər

XS
SM
MD
LG