Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 23:23

"Məşhur" avantürist və arvadbazın əlyazmaları 7 milyon avroya alındı


Fransa Milli Kitabxanası fevralın 18-də əslən İtaliyadan olan avantürist, səyyah və yazıçı Cakomo Cirolamo Kazanovanın xatirələrinin əlyazmasını 7 milyon avroya alıb.

Daha çox arvadbazlığı və fırıldaqçılığı ilə “ad çıxaran” Kazanova Qərb dünyasında o qədər məşhur bir tipdir ki, onun barəsində indiyəcən əsərlər yazılır, filmlər çəkilir.

Fransız mətbuatının yazdığına görə, əlyazmalar 3,7 min səhifədən ibarətdir və əsas hissəsini Kazanovanın ən məşhur əsəri olan “Mənim həyatımın tarixçəsi”nin əl yazısı təşkil edir.

Kazanova əsəri 1789-cu ildə yazmağa başlayıb.

ƏLYAZMANIN "SƏRGÜZƏŞTLƏRİ"

Ölməmişdən qabaq müəllif əsəri yaxın qohumlarına verib, onlar isə 1821-ci ildə əlyazmaları almaniyalı naşir Brokhauza satıblar.

1823-ci ildən bəri heç kəs orijinala yaxın düşə bilməyib.

1943-сü ildə alman hökuməti Brokhauzların Leypsiqdəki nəşriyyatını bağlayır və əlyazmalar öz sahibi tərəfindən bank seyfinə yerləşdirilir.

Əlyazmalar 1945-ci ilin bombardmanından “salamat” çıxır və Leypsiqə nəzarəti ələ keçirən Amerika qoşunlarının göstərişi ilə Visbadenə göndərilir.

Brokhauzların nəslindən olan Qubert Brokhauz əlyazmaları Fransa Milli Kitabxanasına satmaq üçün Fransanın Berlindəki səfiri ilə əlaqə yaradıb.

Danışıqlar üç il idi ki davam edirdi. Hərracda bundan üç dəfə artıq qiymətə satıla biləcək əlyazmalar nəhayət ki kitabxanaya qismət olub.

Kitabxanaya əlyazmaları almağa adının çəkilməsini istəməyən bir mesenat yardım edib.

Kitabxananın direktoru Bruno Rasin deyib ki, Kazanovanın sərgüzəştləri bütün dünyada məşhur olsa da, xatirələrin orijinalı ictimaiyyət üçün əlyetərli deyildi.

Arzu edənlər əlyazmanı 2011-ci ilin payızında kitabxanada açılacaq sərgidə görə bilərlər.

CASUS, KİMYAGƏR, KAFİR...

Kazanovanın həyatı yolu çox dolanbac olub.

Gənc Kazanova dini seminariyada oxusa da, sevgi sərgüzəştlərinə görə oradan qovulub. Özünü zadəgan kimi qələmə verən Kazanova Avropanı gəzməyə başlayıb, Fransada da olub.

Daha sonra Venesiyaya qayıdıb, orada fırıldaqçılıq və kafirlik ittihamı ilə həbsə salınıb.

1756-cı ildə Kazanova Parisə qaçır, orada cadugərlikdə ad çıxarır və fransa zadəganları arasında nüfuz qazanır.

Onun tanışları arasında Motsart, Göte, Volter də olub.

O, alman kralı Fridrix və rus kraliçası 2-ci Yekaterina ilə də görüşüb.

Almaniya, Fransa, İtaliya, İspaniyada başına gələn macəraları “Mənim həyatımın tarixçəsi” əsərində təsvir edib.

Sonralar Kazanova inkvizisiya tribunalının agenti də işləyib, kabbalistika və kimyagərliklə də məşğul olub.

ƏDƏBİYYAT SƏHİFƏMİZƏ BURDAN KEÇ

Ermənilərin 70 faizi kitab oxumur
Stalinin Bulqakova telefon zəngi
“Harri Potter”in müəllifini məhkəməyə verdilər

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG