Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 00:50
«Dünən vəkil tərəfindən bir məlumat verilib, bu gün başqa məlumat verilir».

«İşdən sonra» proqramında qonaq olan Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun direktoru Emin Hüseynli Eynulla Fətullayevin qanında heroin tapılması məsələsi ilə bağlı belə deyib:

- Mən başa düşmürəm. Dünən bir cür məlumat verilib vəkil tərəfindən, bu gün başqa məlumat yayılır. Azərbaycanda rəsmi alternativ tibbi ekspertiza olmadığı, hökumət bu sahəni monopoliyada saxladığı üçün narkotik asılılığın müəyyən edilib-edilmədiyi barədə ekspertizanın rəyi bizdə suallar doğurur.

Proqrama telefon xətti ilə qoşulan vəkil İsaxan Aşurov ekspertizanın necə keçirilməsi barədə məlumat verib:

- Test üsulu mənə məlum deyil, ona görə də sidik analizi götürülərkən həkimdən soruşduq ki, nə vaxt bilinir nəticələr, o da dedi ki, bir dəqiqəyə. Amma sonradan dediyinə əməl etmədi, nəticə barədə bizə bir şey demədi.

İsaxan Aşurovun sözlərinə görə, fevralın 1-də Eynulla Fətullayevin narkoloji asılılığının olmadığı barədə rəyi narkoloji dispanser verib. Qanda və sidikdə heroin izlərinin aşkarlandığı barədə fevralın 2-də verilən rəy isə Məhkəmə Tibb Ekspertizasınındır.

Eynulla Fətullayevin atası Emin Fətullayev telefonla efirə qoşulub:

- Hələ yaxşı ki, heroini 10 qram 50 qram tapmayıblar, yoxsa deyərdilər ki, Eynulla kolonda heroin satır. Bizim əlimizdən nə gəlir.

İsaxan Aşurov növbəti məhkəmə prosesində müdafiə taktikasını necə quracağı barədə açıqlama verib:

- Müdafiənin istiqaməti daha çox açıq məhkəmə prosesində bəlli olacaq. Mənə elə gəlir ki, ittiham tərəfinin arqumentləri zəif görünəcək. Biz bu iş üzrə rəy verən həkimlərin dindirilməsi üzrə vəsatət qaldırmışıq. Onların ekspertizanı hansı yolla aparması barədə dindirilmələrini istəyirik.

Emin Hüseynov deyir ki, belə hallarda DNT testinin keçirilməsi çıxış yolu ola bilər. Amma belə ekspertiza Azərbaycanda mümkün deyil. DNT testinin keçirilməsi üçün beynəlxalq təşkilatların dəstəyinə ehtiyac var.


PROQRAMI DİNLƏYİN, MÜZAKİRƏLƏRDƏN XƏBƏRDAR OLUN.

Şərhləri göstər

XS
SM
MD
LG