Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 02:37
Eynulla Fətullayevin qan və sidik analizinin nəticələri dünən məlumat verildiyi kimi, birmənalı olmadı. Xüsusən, jurnalistin qanında və sidiyində cüzi miqdarda heroin izləri aşkarlanıb.

Jurnalistin vəkili İsaxan Aşurovun «Turan»a verdiyi məlumata görə, ona təqdim edilmiş nəticələr etibar doğurmur. «Buna görə biz müstəqil ekspertiza keçirilməsini tələb etdik», deyə o qeyd edib:

«Həkimə etibar-etməmək üçün əsas var və biz onun dindirilməsini də tələb etdik. Analizlərin nəticələri Eynulla Fətullayevin özünə təqdim edildikdə o, bu rəyi qəti şəkildə rədd edərək, tamamilə saxta adlandırıb. Fətullayev bildirib ki, heç vaxt nəinki heroin, başqa heç bir narkotik vasitədən belə istifadə etməyib və bu ekspertiza onu həbsdə saxlamaq məqsədilə qanunsuz əməllərin tərkib hissəsidir».

İ.Aşurov əlavə edib ki, ekspertizanın ümumi rəyində Eynulla Fətullayevin narkomaniyadan əziyyət çəkmədiyi və məcburi müalicəyə ehtiyacı olmadığı deyilir. Lakin qan və sidik analizlərinin nəticələri ilə bağlı digər rəydə narkotik izi olduğu qeyd edilib.

«Gündəlik Azərbaycan» və «Realnı Azerbaydjan» qəzetlərinin təsisçi və baş redaktoru Eynulla Fətullayev terrora çağırış, milli ədavəti qızışdırma və vergidən yayınmada təqsirli bilinərək 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Jurnalist özü bu ittihamı qəbul etmir, həbsinin peşə fəaliyyəti ilə bağlı olduğunu bildirir.

Bir sıra beynəlxalq təşkilatlar da onu vicdan məhbusu sayaraq azadlığa buraxılmasını tələb edirlər. Avropa Məhkəməsində isə Eynulla Fətullayevin Azərbaycana qarşı işi yekunlaşmaq üzrədir.

Buna da bax:

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG