Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 15:40

Əməkdaşımız birinci oldu


AzadlıqRadiosunun «Can Bakı» proqramının aparıcısı Sevda İsmayıllı münsiflər heyətinin yekdil qərarı ilə birinci mükafata layiq görülüb
AzadlıqRadiosunun «Can Bakı» proqramının aparıcısı Sevda İsmayıllı münsiflər heyətinin yekdil qərarı ilə birinci mükafata layiq görülüb
«İslam, Demokratiya və İnsan Haqları» Mərkəzinin ABŞ səfirliyinin maliyyə dəstəyi ilə keçirdiyi «Tikilir Bakı... Sökülür Bakı» mövzusunda keçirdiyi foto və jurnalist tədqiqatı müsabiqəsinə yekun vurulub.

«Bakı şəhər sakinlərinin şəhərin idarəsində iştirakı, şəffaf büdcə» layihəsi çərçivəsində keçirilən müsabiqədə aprel-avqust aylarında KİV-lərdə (elektron da daxil) dərc olunmuş yazılar və fotolar iştirak edirdi.

Müsabiqəyə təqdim edilən yazılar və fotolar Bakıda gedən təmir-tikinti və söküntü işlərinin mahiyyəti, keçmiş və müasirliyin vəhdəti və ya qarşıdurması, milli-mənəvi dəyərlərə, qanunun aliliyinə və insan hüquqlarına hörmət, vətəndaşın öz tarixinə və gələcəyinə sahib çıxması və s. mövzuları əhatə edirdi.

Qiymətləndirməni nüfuzlu və müstəqil münsiflər heyəti aparırdı.

Bu gün Norveç İnsan Haqları Evində müsabiqənin mükafatlandırma mərasimi keçirilib.

AzadlıqRadiosunun «Can Bakı» proqramının aparıcısı Sevda İsmayıllı münsiflər heyətinin yekdil qərarı ilə birinci mükafata layiq görülüb. Jurnalist bu mükafatı AzadlıqRadiosunun saytında gedən Bakı haqqında yazılar silsiləsinə görə alıb.

Müsabiqənin sertifikatı və pul mükafatı qaliblərə təqdim olunub.
Gələcəkdə qaliblərin yazı və fotolarından ibarət albomun işıq üzü görəcəyi bildirilib.

SEVDA XANIMIN MÜKAFATA LAYİQ GÖRÜLƏN BAKI HAQQINDA SİLSİLƏ YAZILARI

Bakının şüşə ürəyi

Qubernatorsuz...Mixailsiz...Pionersiz...Vahidsiz...Filarmoniya bağı...

Zəncirsiz...Ruhsuz....26-lar bağı...

Bəlkə unudulmuş şəxsiyyətlər və uçurulmuş abidələr günü də olsun?

Qobustan qoruğunun qonşu problemi.

Can üstə...

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG