Keçid linkləri

2024, 20 May, Bazar ertəsi, Bakı vaxtı 22:06

Sahibkarlıqla mübarizə aparan dövlət qurumları...


Tacirlər və İstehsalçılar Birliyinin sorğusuna görə, sahibkarlıq fəaliyyatinin yoxlamalarının çoxu bir məqsədlə - rüşvət almaq üçün həyata keçirilir
Tacirlər və İstehsalçılar Birliyinin sorğusuna görə, sahibkarlıq fəaliyyatinin yoxlamalarının çoxu bir məqsədlə - rüşvət almaq üçün həyata keçirilir

SAHIBKARLAR QANUNSUZLUQDAN ŞIKAYƏTLƏNIR

Miri Seyidov adlı Göyçay sakini 1995-ci ildə Göyçay konserv zavodu ilə müqavilə bağlayıb və zavoda məxsus 9 hektar yeri icarəyə götürüb, orda 7 min ağac əkib. Lakin 2005-ci ildə yerli İcra orqanları müqaviləni birtərəfli qaydada pozub və 7 min ağacı bir gecənin içində məhv ediblər.

Bu işlə bağlı 3 il davam edən məhkəmə prosesi bu yaxınlarda yekunlaşıb. Həmin prosesdə sahibkarın mövqeyini müdafiə edən hüquqşünas Vidadi İsgəndərov əmindir ki, bu cür təqiblərin, qanunsuz həbslərin sayı daha çoxdur. Sadəcə şikayət edənlər, ictimailəşdirənlər azdır:

“Bu da iş adamlarının qanuna inanmadıqlarından irəli gəlir. Kimə deyirsən ki, niyə şikayət etmirsən, deyir kimdən kimə şikayət edək?”

VERGILƏR NAZIRLIYI YA SAHIBKARLA MÜBARIZƏ IDARƏSI?

“Azadlıq” radiosu ilə “İnternyus-Azərbaycan” təşkilatının birgə layihəsi olan “Hər kəsin haqqı var” verilişinə məhz sahibkarların haqlarının qorunması ilə bağlı problemlər araşdırılıb. Verilişin qonağı olan Tacirlər və İstehsalçılar Birliyinin prezidenti Sevgim Rəhmanov Azərbaycanda iş adamlarının qanunsuz təqib olunduqlarını inkar etmir. Amma onu da deyir ki, indi sahibkarlar daha çox vergi müfəttişlərindən əziyyət çəkirlər. Birliyin 618 nəfər sahibkar arasında keçirdiyi sorğudan belə nəticə çıxıb.

“Sorğuda iştirak edənlər Vergilər Nazirliyinin daha çox korrupsiyaya uğradığını deyiblər. Yanğından mühafizə idarəsi, həm də icra hakimiyyətlərinin nəzdindəki ticarət departamentindən də çox şikayət edilib. Polisə gəlincə, daha çox sahə müvəkkilləri sahibkarlardan rüşvət istəyirlər”. ətraflı audioda

İŞ ADAMLARI ÇIXIŞ YOLUNU RÜŞVƏT VERMƏKDƏ GÖRÜR

S.Rəhmanov hesab edir ki, bəzi hallarda sahibkarların özlərində də günah olur. Çünki qanunları bilmirlər, dövriyyəni gizlədirlər, malları qaiməsiz satırlar.

“Adətən deyirlər ki, yoxlamaları ancaq rüşvət almaq üçün aparırlar. Amma heç yoxlamanın nəticəsini araşdırıb öz səhvlərini düzəltmirlər. Sahibkarların çoxusu qanunları bilmədən problemin həllini ancaq rüşvət verməkdə görürlər, tapşırmaqda, zəng etdirməkdə. Axı məmurun da hamısı eyni deyil”.

MƏMURLAR BIR-BIRILƏRINI ÖRT-BASDIR EDIRLƏR

Milli Məclisin deputatı Nazim Məmmədov da çox vaxt sahibkarların şikayətləri ilə üzləşir. Onlar vergi müfəttişlərinin təzyiqlərindən şikayət edirlər. Deputatın sözlərinə görə, xırda bizneslə məşğul olan iş adamları adətən rəsmi şikayət etməyə meylli olmurlar:

“Soruşanda ki niyə mənə şikayət edirsən, vergidən Vergilər Nazirliyinə şikayət etməlisən, deyirlər ki, bir məmurdan yuxarıda duran məmura şikayət etməyin mənası yoxdur. Bu adətən məmurun bir-birin ört-basdır etməsindən irəli gəlir”.

YAP-ÇI DEPUTAT SAHIBKARLIĞA ANCAQ YARDIM EDILIDIYINI DEYIR

Milli Məclisin digər üzvü Tahir Rzayev isə hesab edir ki, son illərdə sahibkarlara icra orqanları tərəfindən xeyli yardım göstərilir. Onlara kredit verilir, müəyyən güzəştlər tətbiq olunur. Millət vəkili daxili ticarətin hansısa sahəsində inhisarçılığın olması iddiası ilə də razılaşmır:

“Monopoliya necə ola bilər ki, maşınlarla meyvəni hər gün götürüb Bakıya gətirirlər. Naftalanda sağlamlıq mərkəzi açan bir sahibkar tanıyıram, deyir ki, ona heç bir maneçilik olmur. Ümumiyyətlə, sahibkarlara heç bir təsir yoxdur onlara, mən görmürəm bu təsirləri. Yəni, kəskin, ölkənin iqtisadiyyatına ziyan vuran monopoliya yoxdur”.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG