Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 08:59
Qızılın bir unsiyası 1100 dollara yaxınlaşır...

İl başlanandan neft 60 faiz qalxıb...

Mis bu il 2 dəfə bahalanıb...

Kakao son 20 ildə belə bahalıq olmamışdı...

1981-ci ildən bəri şəkər belə yüksək qiymətə qalxmamışdı...

DÜNYANI BAHALIQ BÜRÜYÜR

Hərçənd hər malın bahalanmasının öz səbəbləri var, ancaq hamısının eyni vaxtda bahalanmasının bir səbəbi var, o da dolların ucuzlaşmasıdır.

Çünki bütün bu mallar dollara satılmalıdır. Dollar düşdükcə, malını dollara satmalı olanlar məcburdurlar ki, qiyməti qaldırsınlar.

Dollar isə düşməkdə davam edir. Avro dollara nisbətdə 1,49 həddini də keçdi. İndi hamı 1,50-ni gözləyir.

Dollara hələ qayıdacağıq. Əvvəlcə xammalın və qidanın bahalanmasının dollardan qıraq səbəbləri haqda.

Dollar heç də hamıda yoxdur, şəkəri isə hamı işlədir.

ŞƏKƏR NİYƏ BAHALANIR?

London birjasında şəkər brokeri Nik Penni AzadlıqRadiosuna deyir ki, zəif dollardan başqa şəkərin qiymətini qaldıran Hindistan və Braziliyadakı pis hava və neftin qiymətinin qalxmasıdır: «Neft bahalananda alternativ enerji mənbəyi olan etanol spirtinə tələbat artır. Ona görə Braziliya kimi şəkər istehsalçıları şəkərin bir hissəsini etanol istehsalına sərf edirlər».

Yaxşı, bəs mis niyə bahalanır? Alüminium bu il 25 faiz bahalanıb.

Almaniyanın Kommerzbankında xammal təhlilçisi Karsten Fritş deyir:

«Metalı bahalandıran ümiddir. Ümid var ki, dünya iqtisadi böhrandan çıxacaq. Bu ümidə əsas verən fakt isə Çinin metal almağı artırmasıdır».

Bəs bütün bu mallar nə qədər bahalanacaq?

Qızıl 1100 dollar olsa da, 1981-ci il rekorduna hələ çox var. O hesabla qızıl 2300 dollara çata bilər.

Dünyanın ən uğurlu investorlarından olan Cim Rocers hesab eləyir ki, xammal və qidanın hələ qalxmağa yeri çoxdur.

DOLLAR İKİ HALDA QALXA BİLƏR

Dollar o vaxt qalxa bilər ki, ya dünyada yenidən iqtisadi böhran qızışa, hamı qorxudan yenə sığınacaq kimi dollara qaça ya da ki, Amerikanın Mərkəzi Bankı faizləri qaldıra, dollarla krediti bahalı eləyə.

Ancaq hələlik böhranın kəskinləşəcəyi gözlənilmir. Mərkəzi Bank da faizləri qaldırmır.

Mərkəzi bank istəyir ki, biznes ucuz kredit ala bilsin və iqtisadi vəziyyəti düzəltsin.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG