Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 14:05

Manatın taleyi necə olacaq?


Koba Qvenetadze

«Qlobal maliyyə böhranı neft ixrac edən ölkələrə daha az təsir edir və Azərbaycan da bu cür ölkələrdəndir».

Bunu Beynəlxalq Valyuta Fondunun (BVF) Bakıdakı nümayəndəsi Koba Qvenetadze jurnalistlərə müsahibəsində deyib.

HÖKUMƏTİN MANAT SİYASƏTİ

Bununla belə, Qvenetadze Azərbaycan hökumətinə tövsiyələr verir:

«Yaxşı olar ki, Azərbaycan hökuməti qlobal iqtisadi böhran başa çatandan sonra daha çevik monetar siyasət yürütsün. Bu, manatın digər valyutalarla müqayisədə daha davamlı olmasını təmin edər».

Qvenetadze Azərbaycan hökumətinə məsləhət görüb ki, neft gəlirlərindən daha səmərəli istifadə etsin.

GƏLƏN İL İNFLYASİYA ARTACAQ

Qvenetadze deyir ki, gələn il Azərbaycanda illik inflyasiyanın 5 faiz olacağı gözlənilir, bu, 2009-cu illə müqayisədə 3 faiz artıq göstəricidir. Fondun proqnozuna görə 2010-cu ildə Azərbaycanda büdcə kəsiri müşahidə olunmayacaq:

«Bunun əsas səbəbi neftin qiymətinin gələn il artması ilə bağlı proqnozlardır. Fond gələn il üçün neftin qiymətinin 62 dollar olacağını gözləyir».

«MƏRKƏZİ BANK BANK SEKTORUNDA VƏZİYYƏTİ İZLƏMƏLİDİR»

BVF-nin nümayəndəsi Mərkəzi Banka məsləhət görür ki, bank sektorunda vəziyyəti izləsin:

«Hesab edirəm ki, Mərkəzi Bankın vəziyyətə nəzarət etmək potensialı var».

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG