Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 09:17

ANALOQU OLMAYAN SƏKİ


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 17-də Bakının Parlament və Mehdi Hüseyn küçələrinin əsaslı bərpa və yenidənqurma işlərindən sonrakı vəziyyəti ilə tanış olmuşdur... (AzərTAc)

Yol boyu səkilər – 3.2 kilometr ərazi qranit səki daşları ilə əvəzlənmişdir...

MENTALİTETƏ UYĞUN İSLAHAT

Naxçıvanda gömrük işçilərindən şikayətçi olan biznesmen Məhəmməd Qurbanov ruhi xəstəxanaya salınıb…

Millət vəkili Eldar İbrahimovun fikrincə, bəzi insanlar Naxçıvandakı quruculuq işlərindən qısqanclıq hissi keçirirlər. Ona görə də Muxtar Respublika rəhbərliyinə qarşı çirkin iddialar səsləndirirlər: (AzadlıqRadiosu)

«Mənə zəng vurub soruşurlar ki, Naxçıvanda zivədən paltarları yığışdırırlar. Yaxşı bu müsəlmanlığa, qanuna uyğundur ki, bizim ana-bacılarımızın alt paltarı küçədən asılsın və gəlib-gedənlər də tamaşa eləsin. Və yaxud köhnə maşınları yığışdırıb. Bu adam qanun-qayda yaradır da…».

ƏN SƏBƏBSİZ DƏVƏT

Sentyabrın 11-də Osloda «Eurovision» mahnı müsabiqəsinin keçirilməsi üzrə məsul komitə – Nəzarət Qrupu Azərbaycanda səsvermə ilə bağlı vəziyyəti müzakirə edib və Azərbaycana qarşı hər hansı sanksiya tətbiq etməyib...

İctimai Televiziyanın Avropa Yayım Birliyinə bildirdiyinə görə, iki nəfər Milli Təhlükəsizlik Nazirliyinə çağırılsa da, nazirlik bilavasitə müsabiqədə səsvermə ilə bağlı heç kimin rəsmi, yaxud qeyri-rəsmi sorğu-sual edilmədiyinə zəmanət verib. (AzadlıqRadiosu)

Avropa Yayım Birliyi bu bəyanatı nəzərə alıb...

ATALIQ QAYĞISI

Rusiya prezidenti Dmitri Medvedev bu yaxınlarda ABŞ-a səfəri zamanı bu ölkənin dissidentləri ilə görüşməyi planlaşdırır. Bir müddət əvvəl Amerika prezidenti Barak Obama da Rusiyada səfərdə olarkən yerli müxalifətçilərlə görüşmüşdü. (AzadlıqRadiosu)

Medvedev sentyabrın 15-də «Valday» Beynəlxalq Debat Klubunun üzvləri ilə görüşündə deyib: «Məncə, dissidentlərlə görüşməliyəm. Qoy, onlar mənə ABŞ-da hansı problemlərlə üzləşdiklərini desinlər…».

QIZ TƏKLİFİ

Buşa ayaqqabı atan jurnalistlə bağlı kadrlar televiziyalarda göstəriləndən dərhal sonra Müntəzər əl-Zahidi ərəb dünyasında qəhrəmana çevrildi. (AzadlıqRadiosu)

Hadisəni televiziyada görən bir fələstinli fermer yaxınlarına tapşırıb ki, jurnalistin qanuni yollarla müdafiəsi üçün lazım olan bütün xərcləri ödəsinlər. 75 yaşlı bu fermer həm də deyib ki, Müntəzər onun ailəsindəki gənc qızlardan birini alsa, cehizi qızıldan olacaq.

Qızını ona vermək istəyənlər tək Fələstində deyil. Gənc jurnalist İraqın özündən, Mərakeş və ərəblər yaşayan başqa ölkələrdən atalardan təklif alır ki, onların qızları ilə evlənsin. ..

RAMAZANDA SEVGİ SÖHBƏTİ

Интервью Day.Az с народной артисткой Азербайджана Айгюн Кязимовой.

- Знаете, как я получила Намика? Я поехала в мечеть и обратилась к богу. Я сказала: «Ай Аллах, я не хочу никакого министерского сынка, никакого миллионера. Я только хочу, чтобы мне встретился халал сюд яммиш инсан. Достаточно будет, если мы с ним рука об руку будем работать и содержать вместе свою семью. Но - чтобы меня любил. Я сделала этот ниййят в мечети и уже через неделю встретила Намика.
XS
SM
MD
LG