Keçid linkləri

2024, 19 May, bazar, Bakı vaxtı 05:24

Medvedev ABŞ dissidentləri ilə görüşmək istəyir


Rusiya prezidenti Dmitri Medvedev bu yaxınlarda ABŞ-a səfəri zamanı bu ölkənin disidentləri ilə görüşməyi planlaşdırır. “İtar-Tass” agentliyinin məlumatına görə bu barədə prezidentin özü məlumat verib.

O, sentyabrın 15-də “Valdai” Beynəlxalq Debat Klubunun üzvləri ilə görüşündə deyib: “Məncə, disidentlərlə görüşməliyəm. Qoy, onlar mənə ABŞ-da hansı problemlərlə üzləşdiklərini desinlər”.

Dmitri Medvedevin ABŞ-a səfəri sentyabrın 22-25-ə planlaşdırılır. O, ABŞ-a BMT Baş Assambleyasının və Böyük 20-lik ölkələri liderlərinin toplantısı üçün gedir.

Bu ilin iyulunda Rusiyada səfərdə olarkən ABŞ prezidenti Barak Obamanın müxalifət liderləri ilə də görüşməsi Kremli qəzəbləndirmişdi.

O zaman Kremldəki bu qəzəbi hiss edən Obama administrasiyasının təmsilçiləri demişdilər ki, ABŞ-ın xarici siyasətinin formalaşmasından insan haqlarının rolunu gizlədə bilməzlər.

İndi bunun əvəzini çıxırmış kimi danışan Medvedevin ABŞ-da məhz hansı disidentlərlə görüşəcəyi hələlik məlum deyil. Bunun üçün ABŞ-da solların təmsilçisi, dilçi Noam Çomski, sənədli filmlər çəkən Maykl Mur, repçi Keni West yaxşı namizədlər ola bilər.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG