Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 00:46

Xarici Azərbaycanda məktəb açsa...


Qanuna belə bir bəndin salınması təhsilin keyfiyyətinə təsir göstərəcəkmi?
Qanuna belə bir bəndin salınması təhsilin keyfiyyətinə təsir göstərəcəkmi?
Əcnəbilərin təsis elədiyi təhsil müəssisələrində müavin Azərbaycan vətəndaşı olmalıdır. «Təhsil haqqında» qanunda belə yazılır. Qanunun 30-cu maddəsində o da göstərilir ki, müəssisənin həm rəhbəri, həm də müavinin namizədliyi müvafiq icra strukturuyla razılaşdırılmalıdır. Əks halda həmin müəssisə dövlət qeydiyyatına alınmayacaq.

DEPUTAT ŞƏRHİ

Qanuna belə bir bəndin salınması zərurəti hardan yaranıb? Bu, təhsilin keyfiyyətinə təsir göstərəcəkmi?

Millət vəkili Asəf Hacıyevə görə, əcnəbilərin təsis etdiyi və ya səhminin 51 faizi xarici vətəndaşlara məxsus olan təhsil müəssisəsində mütləq Azərbaycan dövləti təmsil olunmalıdır:

- Amma bu o demək deyil ki, müvafiq icra hakimiyyəti bir şəxsi verəcək ki, məhz bu müavin olmalıdır. Təhsil müəssisəsi təsisçiləri bir neçə namizəd təqdim edə bilərlər.

Asəf Hacıyev
«Məgər «müavin Azərbaycan vətəndaşı olmalıdır», demək kifayət deyildimi? Niyə məhz razılaşdırılma vacib sayılır» sualının cavabında Asəf Hacıyev deyir ki, bu tələb təsisçiləri müavin məsələsinə formal yanaşmağa imkan verməyəcək:

- Xarici vətəndaş formal olaraq bir adamı ora təyin edə bilməyəcək. Təhsilə aidiyyəti olmayan və ya hansısa təhsil cinayəti olan adamı rəhbər vəzifəyə çəkə bilməyəcək.

QANUNDAN QABAQKI ZƏRURƏT

Türkiyə Çağ Öyrətim Şirkətinin təsis etdiyi Qafqaz Universitetinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İsa Qasımov deyir ki, onların fəaliyyəti indiyə kimi qüvvədə olan qanunlarla tənzimlənib. Bundan sonra da qanun nə tələb eləyirsə, yerinə yetiriləcək. Amma Qafqaz Universiteti rəhbərliyinin azərbaycanlı müavin problemi yoxdur, çünki bu ali təhsil müəssisəsində onsuz da İdarə Heyətində də, rektorluqda da Azərbaycan vətəndaşları təmsil olunur:

- Bu, zərurətdən irəli gəlib. 5 prorektordan 3-ü azərbaycanlıdır, ikisi türkiyəlidir.

İsa Qasımov deyir ki, yeni qanun belə müəssisələrdə müəllimlərin 80 faizinin azərbaycanlılar olmasını tələb edir.
Etibar Əliyev
Amma bu tələbə qədər də artıq onların təhsil müəssisəsində türk müəllimləri yerlilər əvəz etməyə başlayıb.

EKSPERT RƏYİ

«XXİ əsr» Təhsil Mərkəzinin rəhbəri Etibar Əliyevə görə isə, bu bənd təhsil üçün əhəmiyyətverici deyil, çünki onsuz da əcnəbilərin açdığı məktəblərdə müavinlərdən biri azərbaycanlı olur:

- Məsələn, tələb var ki, xarici dilli orta təhsil müəssisəsində Azərbaycan dili, ədəbiyyatı, tarixi keçirilsin. Ona görə də bu departamentin rəhbəri azərbaycanlı olur.

Azad Müəllimlər İctimai Birliyinin rəhbəri Məlahət Mürşüdlu isə təhsil müəssisəsində rəhbərliyin müvafiq icra strukturuyla razılaşdırılamasını məqsədəuyğun sayır:

Pənah Hüseyn
- Gərək direktorun kim olacağı, onun keçmişdə nə işlə məşğul olduğu bilinsin.

BU BƏND YADDAN ÇIXIBMIŞ

Millət vəkili Pənah Hüseyn isə qanuna salınan bu maddəni məhdudlaşdırıcı hal sayır və deyir ki, «Təhsil haqqında» qanunun müzakirəsi zamanı bu maddə diqqətdən yayınıb.

Pənah Hüseyn deyir ki, oxşar maddə «Sahibkarlıq haqqında» qanuna əlavə və düzəlişlərdə də öz əksini tapmışdı, amma ciddi narazılıqlara görə prezident bunu imzalamadı. Eləcə də oxşar təklif QHT haqqında qanuna təklif olunan əlavə və düzəlişlərə də salınmışdı, amma ciddi müqavimət təklifin qanun maddəsi olmasına imkan vermədi.
XS
SM
MD
LG