Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 04:31

Təqaüdçü müəllimlərlə bağlı hələlik qərar yoxdur


Ölkə məktəblərində təqaüd yaşında olan müəllimlərin sayına gəlincə, Təhsil Nazirliyi hələlik bunu dəqiqləşdirir

Ölkə məktəblərində təqaüd yaşında olan müəllimlərin sayına gəlincə, Təhsil Nazirliyi hələlik bunu dəqiqləşdirir

«Ölkə məktəblərində işləyən təqaüd yaşında olan müəllimlərlə bağlı hökumətin qərarı Təhsil Nazirliyi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin birgə rəyindən sonra bəlli olacaq».

Bu sözləri AzadlıqRadiosuna Təhsil Nazirliyinin (TN) mətbuat xidmətinin rəhbəri Bayram Hüseynzadə deyib.

TN sözçüsünün dediyinə görə, indiyə qədər qanun yaşlı müəllimlərin yalnız yaşına görə işdən kənarlaşdırılmasına imkan vermirdi. Ancaq 2 gün öncə qüvvəyə minən «Təhsil haqqında» qanunda bu məsələ konkretləşdirilib:

«Qanunda müəllimlərin yaş həddi 65 olaraq göstərilir. Ancaq bu o demək deyil ki, 65 yaşı olan müəllimlər kütləvi şəkildə işdən çıxarılacaq. Bu məsələ ilə bağlı hələlik konkret qərar yoxdur».

Ölkə məktəblərində təqaüd yaşında olan müəllimlərin sayına gəlincə, Təhsil Nazirliyi hələlik bunu dəqiqləşdirir. Bakı məktəblərində isə 4274 nəfər təqaüd yaşında olan müəllim çalışır.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG