Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 15:31

Erkən banlayan xoruz...


Serj Sarkisyan və Abdullah Gülün Praqa danışıqları, 7 may 2009
Serj Sarkisyan və Abdullah Gülün Praqa danışıqları, 7 may 2009
Semih İdiz («Milliyet»)

DİASPORDAN GÖZLƏNİLƏN REAKSİYA

«Xəyanət sənədləri»

Diasporun nöqteyi-nəzərindən baxılanda, Türkiyə ilə Ermənistan arasındakı münasibətlərin inkişafına dair protokolların təklif etdiyi «Tarix Komissiyası» ermənilərin illərdən bəri apardıqları mübarizəni boşa çıxaracaq. Bu minvalla məsələnin hüquq müstəvisindən tarix səhnəsinə keçiriləcəyini düşünürlər. Buna görə də diaspor protokolları Türkiyəni soyqırımı məsuliyyətindən xilas etməyin vasitəsi olan mətnlər kimi görür. Ermənistan hökumətinin təsdiq etdiyi bu protokollar «xəyanət sənədləri» kimi qəbul edilir. Diaspor üçün bu «xəyanət»i daha da acılaşdıran faktor isə protokollara uyğun olaraq, Yerevanın iki ölkə arasındakı sərhədləri müəyyənləşdirən Qars sazişini tanımasıdır. Diaspordakı radikal ünsürlər bu sazişin tanınmasıyla Türkiyədən torpaq tələb etmək xəyallarının qarşısına sədd çəkiləcəyinə inanırlar.

Diasporun Qarabağ qorxusu

Bundan əvvəlki türk-erməni konsensusu cəhdlərinə həmişə qarşı çıxan diasporun ikinci ən böyük qorxusu isə Dağlıq Qarabağla bağlıdır. Ən maraqlı cəhət budur ki, Türkiyədəki milliyyətçi müxalifət «protokollarda Qarabağ şərti yoxdur» deyə, qiyamət qopararkən, erməni diasporu tam əksini - «Qarabağ məsələsinin sətir altı ön şərt kimi yer tutduğunu» iddia edir.

Belə olan halda Azərbaycanın Türkiyədəki milliyyətçi qüvvələri hərəkətə keçirmə cəhdlərinə paralel olaraq, erməni diasporunun da Ermənistandakı radikalları Sarkisyan iqtidarına qarşı qaldıracaqları proqnozlaşdırılır .

İsmet Berkan («Radikal» qəzetinin baş redaktoru)

ERKƏN BANLAYAN XORUZ...

Baxın, son mövzumuz Ermənistan-Türkiyə münasibətləridir.

Bu məsələdə Xarici İşlər Nazirliyi uzun müddətdən bəri gizli şəkildə işləyirdi. Müzakirələrin nəticəsində bir nöqtəyə varıldı - iki ölkə protokollara müxtəsər imza atdı. Bəlkə, nəzərdən qaçırırıq, ancaq erməni tərəfi bu protokolların həyata keçməsi ilə birlikdə «soyqırımı» məsələsində müştərək tarix komissiyasının yaradılmasını da qəbul edəcək. Bu, çox önəmli bir məsələdir. Türkiyə-Ermənistan münasibətlərinin normallaşması - Ermənistan ilə Azərbaycanın «donmuş» Qarabağ probleminə dair razılaşma əldə etmələri. Bu iki ehtimal belə bəzi adamları narahat edir, əsəbiləşdirir. Bu əhval-ruhiyyəni anlamaq həqiqətən çətindir.

Çox erkən danışırlar, çox erkən işləri dalana dirəməyə çalışırlar.

Həqiqətən, bu qədər nifrətə, bu qədər düşmənçiliyə gərək varmı?

Hasan Pulur («Milliyet»)

ERMƏNİ LAYİHƏSİNƏ «ƏGƏR»LƏ BƏLİ.....

Əgər Ermənistan Türkiyə sərhədlərini tanıyarsa, konstitusiyasına zidd şəkildə «soyqırımı» iddiasından vaz keçib təzminat və torpaq tələbini rəfə qoyarsa, bununla da «soyqırımı» problemini komissiyaya həvalə edərsə, sərhəd niyə açılmasın? Kim «Biz bu sülhü istəmirik» deyə bilər?

«Bəs», - deyib etiraz edə bilərsiniz – «Ermənilərin işğal etdiyi azəri torpaqları və Qarabağ necə olacaq?»

İndiyə qədər asıb-kəsdik; hətta Baş nazir Ərdoğan Bakıya gedib Azərbaycan Milli Məclisində söz verdi. «İşğala son qoyulmayana qədər sərhədi açmarıq» demədimi?
İndi nə olacaq?

Adamın dili gəlmir, ancaq «Mən şahımı bu qədər sevərəm» şəklində bir atalar sözü vardır. Baxdıq ki, çox çətin vəziyyətdəyik, bir usta badalaqla azəriləri aldadıb keçərik. O vaxt nə olar? Olacaq şeyləri düşünmək belə istəmirik. Türk tarixində belə bir hadisə varmı?

Şərqdə hər şey şişirdilir. «Bir millət, iki dövlət!» şüarı da bu şişirmələrdən biridir. Niyə bir millət olacağıq? Boş sözdür. Ancaq «əhdə vəfa» adında bir məfhum var. Əgər azəriləri yarı yolda qoysaq, çox ayıbdır. Bizə yaraşmaz.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG