Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 11:27

Diaspor yaxınlaşma təlaşında


Qars vilayətində Türkiyə ilə Ermənistanı birləşdirəcək dəmiryolu, 16 aprel 2009
Qars vilayətində Türkiyə ilə Ermənistanı birləşdirəcək dəmiryolu, 16 aprel 2009
AKP hökumətini demokratik dəyərlərdən çox uzaq görsəm də, kürdlərlə barışıq və Ermənistanla yaxınlaşma məsələsindəki israrlı davranışını dəstəkləyirəm.

Bu məsələnin detalları müzakirəyə çıxarıla bilər, necə ki, mən də hər fürsətdə müzakirə edirəm.

Ancaq səmimi etiraf edirəm ki, çözümünü gözləyən bu məsələlərdə irəliyə addım atılmasını çox istəyirəm. Nəticənin necə olacağından asılı olmayaraq.

Təbii, gözləntilər bizim istədiyimiz kimi olmaya bilər, ancaq sonra yenidən başlamaq istədiyimizdə son durduğumuz yerdən yola davam edə bilərik.

Bu zaman bəzi qorxular aşmış, əyriliklər düzəlmiş olar.

Heyf ki, indiyə qədər hökumətlər bu qədər ciddi problemlərdən ölkəni qurtarmaq üçün riskə getməyi göz altına ala bilmədilər.
Xahiş edirəm, o zamankı hökumətlərin basqılara qəhrəmancasına sinə gərdiyini söyləməyin.

Bu ölkədə daxili savaş riski daşıyan problemin üzərinə getməkmi daha çox cəsarət istər, yoxsa getməməkmi?

Ya da soyqırımı iddiası ilə bəslənən erməni diasporunun təsirini qıracaq addımlar atmaq daha çətindir, yoxsa, bütün günahları vecə almayıb problemi nəsillərin kürəyinə yükləməkmi?

Qarabağ problemi Azərbaycanla Ermənistan arasında qarşılıqlı münasibətlər zəminində çözümünü gözləyən məsələdir. Ancaq Azərbaycan torpaqlarında erməni işğalının davam etməsi məhz beynəlxalq məsələdir.

Bu işğalın başa çatması üçün Türkiyə indiyə qədər olduğu kimi sabah da Azərbaycana dayaq durmalıdır.

Türkiyə ilə Ermənistan arasındakı sərhədin açılması ilə nəticələnəcək bir normallaşma sürəci bu duruma tərs gəlməz. Hətta bu yaxınlaşma ilə xalqlar arasında qurulacaq körpülər, normal qonşuluq münasibətləri Türkiyəni daha təsirli vasitəçi mövqeyinə gətirə bilər.

Bu arada Azərbaycan və Ermənistan dövlət başçıları baza prinsiplərində anlaşmadan hələ çox uzaq olmalarına baxmayaraq, danışıqlarda irəliləyiş olduğunu bildirməyə başlayıblar.

Əliyev və Sarkisyanın oktyabrda MDB sammitində münaqişənin həllinə yol açacaq bir formula açıqlayacaqları barədə söz-söhbətlər var. Ermənistan ilə imzalanan protokolun ictimaiyyətə açıqlanması onun Qarabağ probleminin həlli prosesindən ayrı aparılmadığını göstərir.

Bu proseslərdən qorxan diaspor təşkilatlarının nə dediklərinə nəzər yetirməyinizi tövsiyə edərdim. Türkiyə ilə anlaşmanın soyqırımı iddialarını aradan qaldıracağını, yaradılacaq Tarix Komissiyasının sənədləri üzə çıxarmaq əvəzinə, onları ört-basdır edəcəyini deyirlər.

Ermənistan hökumətinə «soyqırımı tanımadıqca, Türkiyə ilə hər hansı bir saziş imzalaya bilməzsən» şəklində təhdidlər göndərirlər. Diasporun Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasından duyduğu təlaş mənə proseslərin doğru yolda inkişaf etdiyini düşünməyə əsas verir. Buna bir də radikal millətçi açıqlamalarla xal qazanmağa çalışan «alverçilər»in Türkiyə, Azərbaycan və Ermənistandan yüksələn xor səslərini əlavə edirəm. «Aman, yola davam edin», - deyirəm.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG