Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 02:03
Sentyabrın 3-də Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov Azərbaycanlı həmkarı İlham Əliyevə telefonla danışıb.

Türkmənistan prezidenti İlham Əliyevi və Azərbaycan xalqını müqəddəs Ramazan ayı münasibətilə təbrik edib.

Prezidentlər ikitərəfli münasibətlər və qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Dövlət başçıları ölkələr arasında münasibətlərin bundan sonra da möhkəmlənməsi üçün geniş potensialın mövcud olduğunu vurğulayıblar. Məlumatı Prezidentin mətbuat xidməti yayıb.

Son vaxtlar Xəzərin statusu məsələsinə görə Türkmənistan və Azərbaycan arasında gərginlik yaranıb. Türkmənistan Xəzərin Azərbaycan sektorunda yerləşən Azəri-Çıraq və Kəpəz yataqlarına iddia edir, bununla bağlı Beynəlxalq Arbitraj Məhkəməsinə müraciət etməyə hazırlaşdığını bildirib.

Eyni zamanda ölkənin silahlı qüvvələri ilə görüşündə Qurbanqulu Berdiməhəmmədov Xəzərdə hərbi donanma yaratmaq barədə planlarının olduğunu bildirib.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG